Qafqazda yas mərasimləri

Cənubi Qafqazda yas mərasimlərini təntənəli keçirməyi bütün xalqlar sevir

Əsrlər boyu Cənubi Qafqazın ənənəvi cəmiyyətlərində təntənəli yas mərasimlərinin keçirilməsi qəbul edilib. Hər bir millətin öz ayinləri vardır. Amma bu ayinlər böyük məsrəflər tələb edir. Bununla belə, qeyd etmək lazımdır ki, son 25 ildə Gürcüstan, Ermənistan və Azərbaycanda müşahidə edilən qeyri-sabit iqtisadi vəziyyət bu sahəyə də təsir edib. Və "insanlar artıq ölməkdən qorxur" ifadəsini, mərasimlər qohumlar üçüm çox baha başa gəldiyindən, daha tez-tez eşitmək olar.

Belə təqaüdlə mərhum heç məzara da gedib çata bilməz

Ermənistandan olan təqaüdçü Marqarita Arutyunyan iki ay əvvəl ərini itirib. Qonaq otağında masa üzərində ərinin portretinin yanında bir güldan qərənfil dayanır. İndi Marqarita öz kədəri ilə tək yaşayır.

''Mənim həyat yoldaşım xərçəngdən öldü. Onun son günlərində mən yalnız dəfn üçün haradan pul tapacağımı düşündürdüm. Övladların köməyi olmasaydı, mən onu layiqincə dəfn edə bilməzdim... '' - Marqarita ərinin portretinə baxaraq deyir.

Marqarita danışır ki, o və əri 97,000 dram təqaüd (təxminən $ 200) alırdılar. Deyir ki, Ermənistanda bu pula mərhum heç “qəbiristanlığa gedib çata bilməz”.

Əgər onlar olmasaydı, mən həyat yoldaşımla kredit və ya borc almalı olardıq

Gürcüstanda 56 yaşlı ailə başçısı Giorgi Biçikaşvili bir il yarımdır ki işsizdir. O, 20 il tikinti sahəsində işləyib və birdən-birə işini itirib. Təqaüd üçün o, hələ cavandır, lakin Gürcüstanda yeni bir iş almaq üçün artıq qoca hesab olunur.

İki ay əvvəl Giorginin anası vəfat edib. Anası bir aya qədər yataqdan qalxmadığına görə bu, ailə üçün gözlənilməz olmayıb. “Hər kəs anlayırdı ki, biz dəfn üçün əvvəlcədən hazırlanmalıyıq , lakin bunun üçün pul yox idi.

Bugünkü qiymətləri bilərək, dəfnin qiymətini düşünməyə belə qorxurdum, yasa neçə adam gələcək? Axı hər şeyi layiqli təşkil etmək lazımdır. Uşaqlar, ailə və dostların sayəsində, anamızı son mənzilə layiqincə yola sala bildik... Əgər onlar olmasaydı, mən həyat yoldaşımla kredit və ya borc almalı olardıq... ", - deyə, o bölüşür.

Azərbaycanlı qadın Aida Tsixinelininin (qiz vaxtı Ələkbərova) atası bir il əvvəl vəfat etdi. Aida nüfuzlu şirkətdə menecer işləyir, pis qazanmır. Lakin belə xərcləri gözləmirdi: " Bir məzar daşını cıxmaqla, dəfn və qırx gün riayət olunacaq bütün ayinlər 5 min ABŞ dollarına başa gəldi..."

Aida deyir: "Mənim əmanətim var idi, lakin mənim yerimdə qeyri-sabit əmək haqqı olan biri olsaydı, onun işi əngəl olardı".

Qəbiristanda “prestijli” və “prestijsiz “ yerlər

“Ərim '"ailə məzarında" dəfn edildi , orada onun valideynləri dəfn olunub. Belə olmasaydı, qəbiristanlığa yeni yer üçün 3000 dollar ödəməli olardıq ... '' – Marqarita danışır.

2006-cı ildən bəri Ermənistanda qəbiristanlıq və krematoriyalar haqqında qanun adambaşına 2,5 kvadrat metr, ailə məzarı üçün isə 12,5 kvadrat metr nəzərdə tutur. Lakin yerli sakinlərin sözlərinə görə, müvafiq qurumlar tez-tez torpaq sahəsi kifayət etmədiyindən istifadə edir və qanunsuz olaraq pul qazanırlar. Qiymətlər qəbiristanlıqdakı yerdən asılıdır- 500-600 ABŞ dollarından- 3-4,000 dollara qədər dəyişir.

Tbilisidə qiymətlər fərqlidir. Qəbirlər zonalar ilə paylanır. 1, 2, 3, 4-cü zonalar pulludur, 5-ci zona pulsuzdur. Dövlət tərəfindən müəyyən edilmiş qiymətlərlə əsasən, "yaxşı yerin" qiyməti 2,000 lari ($ 835) qədər başa gələ bilər, "prestijsiz yerə" isə 50 lari ($ 20) ödəmək olar.

Aida deyir ki, atası üçün məzar yerini Bakıda həm "prestijli", həm "prestijsiz" sahələrdə axtarıb . O qədər də “prestijli” olmayan yerdə sahənin qiyməti 300-2,000 dollardır. “Prestijli” yerlərdə isə elə sahələr var idi ki, qiyməti 5,000 dollara çatırdı.

Azərbaycan qanunvericiliyi qəbiristanlıqda yer üçün heç bir ödəniş nəzərdə tutmur. Bakı Şəhər İcra Hakimiyyəti nəzarəti altında olan 2 Fəxri Xiyaban var, burada müxtəlif sahələrdə fərqlənmiş, fəxri ada layiq görülmüş Azərbaycanın görkəmli xadimləri dəfn edilir.

İqtisadçı Rövşən Ağayev qalan başqa qəbiristanlıqların bələdiyyələrin balansında və tamamən pulsuz olduğunu bildirib: “Hər bir vətəndaş mərhumun qeydiyyatından asılı olmadan, ona rahat olan yerdə öz yaxınını dəfn edə bilər. Əgər vətəndaşlardan qəbiristanlıqda torpaq haqqı tələb edilirsə, bu, sadəcə bir rüşvətdir”– o qeyd edir.

Aida Tsixinelinin danışdığına görə, özlərini qəbiristanlıq rəhbərliyi kimi təqdim edən adamlara pul ödəyib və əvəzində heç bir qəbz almayıb.

Azərbaycanın rayonlarında məzar yeri üçün pul tələb etmirlər

2015-ci ildən etibarən ölkədə qəbiristanlıqların istismarı haqqında, bu məsələni dəqiq tənzimləyəcək qanun layihəsi hazırlanır. Yeni layihəyə əsasən, Bakı qəbiristanlıqlarında torpaq ödənişli olacaq (bir sahə üçün 280 manat) . Amma qanun hələ qəbul olunmayıb.

Yas mərasimlərini necə keçirməli?

Cənubi Qafqazda yas mərasimlərini təntənəli keçirməyi bütün xalqlar sevir. Bol yeməklər hamının süfrələrini bəzəyir, baxmayaraq ki, azərbaycanlılarda yas mərasimlərində spirtli içkilərin, donuz ətinin və müsəlman adətləri tərəfindən haram sayılan hər bir şeyin qoyulması qadağandır. Amma "yeni neft bumu" dövründə masaya siqaret və bahalı ekzotik meyvələrin gətirilməsi dəbə düşmüşdü. İş o yerə çatdı ki, bir neçə il əvvəl hakimiyyət “təntənəli yas mərasimlərininin” qadağan edilməsi barədə müzakirələrə başladı.

Heç kim geri qalmaq istəmir. Maddi vəziyyəti təntənəli yas mərasimi verməyə yol verməsə belə, hər kəs mərhumun xatirəsinə layiqli bir masa hazırlamaq istəyir. Və burada problemlər başlayır. Axı hər şeyi layiqli eləmək arzusu hər zaman real imkanla uyğunlaşmaya da bilər.

Əgər Sovet dövründə, yas mərasimlərinin evdə keçirilməsi qəbul edilmiş idi isə, bu gün, hamı bu tədbirlərin matəm zallarında və ya salonlarında keçirilməsinə üstünlük verir. Gürcüstan və Ermənistanda xüsusi salonlar vardır, bu gün üçün, bu gəlirli biznesdir . Azərbaycanda da bu kimi "Xeyir-Şər evləri" vardır. Bəzən yaşadığın binanın qarşısında və yaxud yolda da çadır qurub yas keçirmək mümkündür. Qadın və kişilərin çadırı ayrı qurulur. Kişilərin hissəsində mərhum yad edilir, qadınlar tərəfdə isə ağı mərasimi keçirilir.

Çadırların qiyməti də fərqlidir. Bu, çadırın xüsusiyyətləri və ölçüsü, eləcə də matəmin yerindən asılıdır. Bakının mərkəzində qiymətlər ətraflardan iki dəfə, regionlardan isə 3-4 dəfə yüksəkdir.

Məsələn, Bakıda 100-150 nəfərlik sadə çadırın qiyməti 300 manatdan başlayır. Eyni saylı adamlar üçün nəzərdə tutulmuş çay, ofisiant və qab yuma xidmətləri daxil olmaqla hesablanmış qiymət 500-600 manata (250-300 dollar) başa gəlir. Xidmətə hər hansı yeməklər daxil edilərsə, qiymət 1800 manata (900 dollar) çata bilir. Rayonlarda isə hər şey xeyli ucuzdur.

Marqarita Mavsisyan deyir ki, mərasim zalı onların lap işinə yaradı, çünkü onların mənzili balaca, dost-tanış isə çoxdur.

“Mərasim zalı üçün biz 120,000 dram ödədik- bu da 250 dollar edir. Son zamanlar mərhumu mərasim zalında saxlayıb, oradan son mənzilə yola salmaq imkanı yaranıb”- o deyir.

Qəbir daşı- xərclərin “aslan payı” hissəsi

Yeri gəlmişkən, hər üç ölkədə, xərclərin ən əhəmiyyətli hissəsini qəbir daşıyla tabutun sifarşi təşkil edir.

Azərbaycanda müsəlman dini meyitin tabutsuz dəfn edilməsini tələb etdiyi üçün bir çoxu tabut sifariş etmir, meyiti bahalı xalçaya bükdürür. Mərhumun vəfatının il dönümü üçün hazırlanmalı qəbir daşı (hər üç xalqın adətinə görə) Bakıda 1,000 dollardan-20,000 dollara qədər qiymətə başa gəlir.

Ermənistanda qəbir daşlarının qiyməti 300 dollardan başlayaraq 5,000 dollaradək çata bilir. Tabutların qiyməti 50-5,000 dollar arasında ola bilər.

Gürcüstanda qəbir daşlarının qiyməti 100 dollardan başlayır, arzu olunarsa, daha bahalılarını da alırlar.

Gevorq Karapetyan, mərasim xidmətləri mağazalarından birinin sahibidir, onun mağazasında mərhumun kasıb qohumları üçün kiçik güzəştlər olduğundan danışır. Amma çoxu heç bir şeydə qənaət etmək istəmir və doğmalarını son mənzilə layiqli yola salmaq niyyətində olur: “Mənim bir tanışım var, onun çoxlu borcu var, lakin onun atası öləndə sadə tabut almaqdansa, o, bahalısını aldı, bahalı cənazə maşını sifariş etdi, qəbiristanda da çox bahalı yer aldı...” deyə Gevorq danışır.

Dəfn büroları

Gevorq qeyd edir ki, tabutlar satılan bir çox mağazalarda, həmçinin dəfn xidmətləri də təklif edilir. Avtomobil kirayəsi, evlərin bəzədilməsi, çələnglərin toxunması, məzarların dizaynı.

Gürcüstanda hətta bu mövzuda zarafat edirlər ki, dəfn bürosu ən gəlirli biznesdir. Tbilisinin hər mikrorayonunda siz mərasim xidmətləri bürolarını görə bilərsiniz. Onlara müraciət edirsiniz və onlar hər şeyi təşkil edirlər. Amma onlarla hesablaşmaq üçün bir çoxu nisyə ödəniş və yaxud illik kredit hesablaşması yolundan istifadə edirlər.
Aida deyir ki, Bakıda hər şeyi təşkil edəcək mərasim bürolarının olmaması onun üçün problem olmadı: “Bir yerdə ona çadır və qab-qaşıq təklif etdilər. Başqa yerdə meyitin yuyulmasını, kəfənə bükülməsini və mərasimin keçirilməsini. Üçüncü yerdə aşpaz, dördüncü yerdə isə qəbir daşı”.

Qədim “ağıçı” peşəsi dəbdən çıxır

Gürcüstan və Azərbaycanda keçmiş vaxtlarda, öz ürək dağlayan ağıları ilə insanları ağladan, “ağıçı” qadın sifariş etmək dəbdə idi. “Ağıçı” mərhumun gəncliyini, ləyaqətini, onun şərəfli həyat yolunu şeir və qəmli mahnılarla ağlayar və bununla da yığışmış adamlarda acıma və kədər yaradırdı. İndi isə bu köhnə adət getdikcə dəbdən çıxır. Əsasən ailə və rayonlardan asılıdır.

Dəfn haqqında “şəhər əfsanələri”...

Yaxınlarını son mənzilə layiqli yola salmaq üçün insanlar nələrə getdiyini öyrənmək üçün biz sosial şəbəkələrdə sorğu keçirdik. Bu mövzuda ən maraqlı şərhləri təqdim edirik.

“Mənim qonşum (qadın) atasını layiqli dəfn etmək üçün yumurta hüceyrəsini verib donor olmaq istəyirdi...”

“Gürcüstanın kəndlərində, kömək məqsədi ilə kim nə qədər pul verdiyini dəftərə yazan adam oturur, ancaq Tbilisidə heç kim xüsusi oturmur , ancaq mərhumun yaxınlarına verilən pullar yenə qeydə alınır ki, lazım olduqda, göstərilən yardım həmin məbləğdən az olmasın. Yadımdadır, qonşum vəfat edəndə, ehtiyac içərisində yaşayan ailə üçün pulu bütün qonşular yığırdılar” – Tbilisi sakini olan Marina deyir.

“Babamın yasını xatırlayıram, o nəhəng çadır üçün elə borca düşdük ki, hər şey layiqlı olsun. Anam sonra 2 il borc qaytarırdı...”.

“Mənim üçün bütün bu mərasimdə ən xoşagəlməz şey ağı deyən qadının göstərmə çıxışıdır. Onsuz da yaxınların halı dözülməzdir. Onları daha da çox zədələmək nəyə lazımdır?”

“Bizdə bir hadisə baş vermişdir”. 90-cı illərdə, işıqlar olmayan vaxtlar idi. Meyitxanadan nənəmi gətirdilər, sonra bilindi ki, başqasıdır. Bu motivin əsasında sonralar hətta film də çəkdilər.