Ağacı heykələ çevirən adam

Dərc olunub [MƏDƏNİYYƏT]

Məhbəs həyatından ona təxəllüsü qalıb – Adəm Zindani.

40 yaşlı sənətkar Ağdamda anadan olub. Əvvəllər fotoqraf kimi fəaliyyət göstərsə də, gəlirli sahə olmadığından uzaqlaşıb və ağac üzərində işləmələrə maraq salıb.

2012-ci ildə həbs həyatı yaşayan Adəm Zindani sonralar da bu sənətdən əl çəkməyib. Dediyinə görə, bu sahədə ilk adamdır. Bugünə qədər müxtəlif növlü ağac heykəllər düzəldib:

"Uşaqlıqdan fotoya və rəsmə marağım olub. Müxəlif cür fotolar və rəsmlər çəkirdim. Amma fotoqrafiyanın gəlirli sahə olmadığın görüb uzaqlaşdım. Lazımı dəyər vermirdilər.

Çox araşdırma apardım, amma Azərbaycanda bu əsərləri yaradan rastıma çıxmayıb. Hətta ötən 30-40 ili də araşdırmışam, heç bir nəticə yoxdur".

Adəm günün müəyyən hissəsini öz emalatxanasında keçirir. Hazırladığı heykəllərin qiyməti 15 manatdan başlayır.

"Əsasən axşamlar işləməyə üstünlük verirəm. 1-2 saata ağacdan bir heykəl hazırlaya bilirəm. Ən uzun iş isə 1 günə qədər uzana bilər" – deyir.

Hazırladığı işlərin üzərinə öz imzasını qoymaq üçün hazırlatdığı yazılar
Hazırladığı işlərin üzərinə öz imzasını qoymaq üçün hazırlatdığı yazılar.

Adəm bu işi görmək üçün heç bir məktəb və universitet bitirməyib.
Adəm bu işi görmək üçün heç bir məktəb və universitet bitirməyib..

Növbəti işləri üçün hazırlayacağı ağacları emalatxanasının bir otağına qoyub ki, hissə-hissə işləsin
Növbəti işləri üçün hazırlayacağı ağacları emalatxanasının bir otağına qoyub ki, hissə-hissə işləsin.

Adəm deyir ki, bu işi görəndə gərək əsəbi olmayasan. Kiçik bir əsəb bütün işləri məhv edə bilər.
Adəm deyir ki, bu işi görəndə gərək əsəbi olmayasan. Kiçik bir əsəb bütün işləri məhv edə bilər. .

Adəm bir müddət Tbilisidə yaşayıb. Orada öz işləri ilə bağlı elan da verib ki, maraqlananlar gəlib baxsınlar
Adəm bir müddət Tbilisidə yaşayıb. Orada öz işləri ilə bağlı elan da verib ki, maraqlananlar gəlib baxsınlar.

Adəm günün çox hissəsini bu emalatxanada keçirir. Hər gün bir neçə ağacdan fiqur hazırlaya bilir
Adəm günün çox hissəsini bu emalatxanada keçirir. Hər gün bir neçə ağacdan fiqur hazırlaya bilir.

Hazırladığı heykəlləri in qiyməti 15 manatdan başlayır
Hazırladığı heykəlləri in qiyməti 15 manatdan başlayır.

Ağacları yonmaq üçün lazım olan müxtəlif növlü deşici alət başlıqları
Ağacları yonmaq üçün lazım olan müxtəlif növlü deşici alət başlıqları.

Adəm ilk əl işi. O, ilk dəfə bu mücrünü hazırlayıb
Adəm ilk əl işi. O, ilk dəfə bu mücrünü hazırlayıb.

Adəm 2012-ci ildə həbs həyatı yaşayıb. Həbsdən çıxandan sonra da özünə ''Zindani'' təxəllüsünü götürüb.
Adəm 2012-ci ildə həbs həyatı yaşayıb. Həbsdən çıxandan sonra da özünə ''Zindani'' təxəllüsünü götürüb. .

Adəm hər gün yeni-yeni işlər hazırlayır. Deyir, bu işləri hazırladıqca, növbəti işinə həvəsi yaranır
Adəm hər gün yeni-yeni işlər hazırlayır. Deyir, bu işləri hazırladıqca, növbəti işinə həvəsi yaranır.