Tar ustası: İndi ilə bir tar satmıram

Dərc olunub [MƏDƏNİYYƏT]

Rəşid Məmmədov artıq uzun illərdir tar təmir etməklə məşğuldur. İlk emalatxanasını da təxminən 30 il öncə açıb. Hazırda Bakının Kubinka deyilən yerdə, Cəlil Məmmədquluzadə 42 ünvanında müxtəlif cür musiqi alətləri təmir etməklə məşğuldur. Tar ustası olmamışdan öncə isə 30 ilə yaxın Layihə İnstitutunda çalışıb. Maaşı az olduğundan tar təmir etmək peşəsinə yönəlib.

"Əvvəl işlədiyim institutda maaş az idi, mən də rəhbərlikdən gizlin tar düzəltməyə başladım. İlk tarı da 1970-ci ildə düzəltdim. O vaxtdan ta bugünə kimi bu işlə məşğul oluram” - deyir.

Rəşid ustanın sözlərinə görə, düzətdiyi tarları əvvəllər çox satardı. Vaxtilə hər ay 2-3 tar satarmış. Təxminən 400-800 manata. Amma indi vəziyyət əvvəlkindən də pis olub. İndi heç ilə bir tar belə satmaq mümkün deyil: “Ötən əsrin 90-cı illərində də vəziyyət çətin idi. İndi alıcı yoxdur. Vaxtilə 400- 800 manata da tar satmışam. İndi isə, ümumiyyətlə, alıcı belə yoxdur. İndi işim çox çətindir. Əvvəllər ayda 2-3 tar satırdım. Onda adam da həvəsli olur. İndi ildə bir tar sataram, ya yox".

Rəşid usta bir tarı hazırlamaq üçün təxminən iki ilə yaxın vaxt sərf edir:

"Ağacı kəsib doğramaq, sonra onu yonub bir formaya salmaq, daha sonra ağacı qurumağa qoymaq lazımdır ki, iş keyfiyyətli olsun. Tarın bir üstünlüyü var ki, ağacı yaş-yaş yonub düzəltmək lazımdır. Sonra ən azı bir il qalıb qurumalıdır. Nə qədər çox qurusa, bir o qədər yaxşıdır. Bir tarın hazırlanması, heç olmasa, 2 il çəkir. Kal ağacdan tar olmaz. Səsi yaxşı çıxmaz, həm də tez əyilər”.

Rəşid usta tardan başqa digər musiqi alətləri də düzəltməyi də bacarır. Bunların içində saz, bəntar, çoğur alətləri də yer alıb.

Rəşid ustanın Cəlil Məmmədquluzadə 42 ünvanında yerləşən emalatxanası
Rəşid ustanın Cəlil Məmmədquluzadə 42 ünvanında yerləşən emalatxanası.

Rəşid usta günün çox hissəsini burada keçir
Rəşid usta günün çox hissəsini burada keçir.

İllər əvvəl yonduğu tarı hissə-hissə düzəldir. Deyir ki, tar düzəltsə də, alıcı yoxdur, bu da onu həvəsdən salır
İllər əvvəl yonduğu tarı hissə-hissə düzəldir. Deyir ki, tar düzəltsə də, alıcı yoxdur, bu da onu həvəsdən salır.

Vaxtilə hər ay 2-3 tar satardı, indi isə ilə bir tar satar, ya satmaz
Vaxtilə hər ay 2-3 tar satardı, indi isə ilə bir tar satar, ya satmaz.

Rəşid ustanın musiqi alətləri təmir etməsi üçün lazım olan alətləri
Rəşid ustanın musiqi alətləri təmir etməsi üçün lazım olan alətləri.

Tar təmir edən zaman köhnəlmiş radioda həzin bir musiqi dinləyir
Tar təmir edən zaman köhnəlmiş radioda həzin bir musiqi dinləyir.

Bugünə qədər çoxlu sayda tar hazırlayıb. Bir çoxunu satsa da, bir hissəsi hələ emalatxanasında qalır
Bugünə qədər çoxlu sayda tar hazırlayıb. Bir çoxunu satsa da, bir hissəsi hələ emalatxanasında qalır.

Emalatxanada çoxlu sayda tar, saz, bəntar, çoğur alətləri düzəldib
Emalatxanada çoxlu sayda tar, saz, bəntar, çoğur alətləri düzəldib.

Rəşid usta öz emalatxanasından Azərbaycanın dahi şəxsiyyətlərinin portretini asmışdı
Rəşid usta öz emalatxanasından Azərbaycanın dahi şəxsiyyətlərinin portretini asmışdı.

Rəşid usta saz üçün hazırladığı futlyarın keyfiyyətini göstərir. Futlyarın üstünə çıxaraq bərkliyini yoxlayır.
Rəşid usta saz üçün hazırladığı futlyarın keyfiyyətini göstərir. Futlyarın üstünə çıxaraq bərkliyini yoxlayır..