Lahıclı usta

Dərc olunub [MƏDƏNİYYƏT]

Teymur usta uzun illərdir təsərrüfat və məişət alətləri düzəldir. Bu sənəti atasından öyrəndiyini deyir.  Abdulla kişi uzun illər dəmirçi olub, daha sonra isə Lahıc kəndinin bacarıqlı ustası kimi tanınıb.

O, şam və armud ağacından qaşıq, çömçə, bıçaq kimi məişət əşyaları ilə yanaşı həm də əkin-biçin üçün lazım olan çalğı (kərənti), oraq və s. alətlər də düzəldir. Lakin atasının yaşlandığını deyən Teymur usta artıq sifarişləri özü götürür:

"Bu iş çox çətindir. Adi bir çömçəni düzəltmək üçün 3 saat vaxt tələb olunur. Qiyməti də 3-6 manat olur".

Lakin təsərrüfat alətlərini düzəltmək üçün 3-5 gün tələb olunur. Hazırda 83 yaşı olan Abdulla kişinin bir vaxtlar bəy yəhəri belə düzəltdiyini deyən Teymur usta artıq bu cür əşyalara tələb azaldığından onunla yalnız sifariş olduğu zaman məşğul olur.

Teymur usta öz həyətində kiçik bir emalatxana düzəldib öz işlərini də burada görür.
Teymur usta öz həyətində kiçik bir emalatxana düzəldib öz işlərini də burada görür..

Teymur usta deyir ki, bir çömçəni düzəltmək üçün təxminən 2-3 saat vaxt tələb olunur. Qiyməti də 3-6 manatadır.
Teymur usta deyir ki, bir çömçəni düzəltmək üçün təxminən 2-3 saat vaxt tələb olunur. Qiyməti də 3-6 manatadır. .

Teymur usta günün 4-5 saatını öz həyətində hazırladığı emalatxanasında keçirir.
Teymur usta günün 4-5 saatını öz həyətində hazırladığı emalatxanasında keçirir..

Teymur usta armud ağacından hazırlanmış ağacı yonaraq yeni qaşıq hazırlayır.
Teymur usta armud ağacından hazırlanmış ağacı yonaraq yeni qaşıq hazırlayır..

Ağacdan hazırlanmış əkin-biçin üçün lazım olan çalğı (kərənti), oraq və s. alətlərin tutacağı
Ağacdan hazırlanmış əkin-biçin üçün lazım olan çalğı (kərənti), oraq və s. alətlərin tutacağı.

Ağacın digər tullantıları lazımsız olduğundan odun kimi istifadə olunur
Ağacın digər tullantıları lazımsız olduğundan odun kimi istifadə olunur.

Daha sonra dəmir qazda qızdırılaraq hazırlanmış qaşığa basdırılacaq.
Daha sonra dəmir qazda qızdırılaraq hazırlanmış qaşığa basdırılacaq..

Qızdırılmış dəmir taxta qaşığa basılaraq deşiklər açılır
Qızdırılmış dəmir taxta qaşığa basılaraq deşiklər açılır.

Teymur ustanın atası Abdulla kişi, uzun illər dəmirçi olub, daha sonra isə Lahıc kəndinin bacarıqlı ustası kimi tanınıb.
Teymur ustanın atası Abdulla kişi, uzun illər dəmirçi olub, daha sonra isə Lahıc kəndinin bacarıqlı ustası kimi tanınıb..

Teymur ustanın atası Abdulla kişinin çətin olsa da, at yəhəri hazırlaya bilmişdi. Hazırda at yəhərinə tələb az olduğundan yalnız sifariş olduğu zaman məşğul olur.
Teymur ustanın atası Abdulla kişinin çətin olsa da, at yəhəri hazırlaya bilmişdi. Hazırda at yəhərinə tələb az olduğundan yalnız sifariş olduğu zaman məşğul olur..