Musiqi alətinin ixtiraçısı

Dərc olunub [MƏDƏNİYYƏT]

Zahid Mustafayev ixtisasca radiotexnik olsa da, daha çox xüsusi bir musiqi alətinin ixtiraçısı kimi tanınır. O, 1964-cü ildə Zaqatalada anadan olub.

Deyir ki, ilk baxışdan forması və üzərindəki milli elementlərlə diqqəti çəkən musiqi alətinin əsas xüsusiyyətləri ifaçının əlində üzə çıxır: "Sağ əli hərəkət etdirmədən sol əl ilə istənilən musiqini ifa etmək mümkündür".

Bu alət, eynilə sintezator kimi, çox müxtəlif səs imkanları yaradır. Nə qədər qəribə səslənsə də, Zahid müəllimin ixtira etdiyi elektrogitarada tək əllə də ifa etmək olur. Bundan başqa, simin tembri ilə yanaşı nəfəsli alətlərin, dilli musiqi alətlərin ayrılıqda ifa edilməsi və hər ikisinin də paralel sinxron ifa edilməsi bu aləti digər elektron simli alətlərindən fərqləndirir.

Zahid Mustafayev öz ixtirasına "Oğuz" adını verib. Aləti "Oğuz" adlandırılmasında məqsəd tarixi simvolları yaşatmaqdan ibarət olub: "Bu aləti ixtira etdiyim zaman sintizator yox idi, təksəsli ionikalar vardı. Aləti daha da inkişaf etdirmək üçün zavod və fabrik şəraitində hazırlamaq lazım idi, mən də bu aləti ev şəraitində hazırladım. Əgər zavod şəraitində olsa, daha peşəkar bir alət hazırlamaq mümkündür".

Ötən əsrin 80-ci illərində alətin ilk nümunəsini yaradan Zahid Mustafayev dünyada bu qədər səs imkanına sahib olan başqa bir elektrogitaranın olmadığını deyir. Onun sözlərinə görə, aləti düzəltmək üçün bir neçə növ bacarıq tələb olunur:

"Dülgər işi, radiotexnik işi, ifaçılıq işi, bir də kargüzarlıq işi".

Zahid müəllim ixtiranın patentinin alınmasının illər uzunu çəkdiyini və çox çətin başa gəldiyini deyir. Hazırda Zahid Mustafayevin Azərbaycanda ixtira etdiyi "Oğuz" aləti, bütün türk dünyasında və yaxın şərqdə ilk elektron musiqi alətidir.

Zahid müəllim deyir ki, aləti 'Oğuz' adlandırılmasında məqsəd tarixi simvolları yaşatmaqdan ibarət olub.
Zahid müəllim deyir ki, aləti 'Oğuz' adlandırılmasında məqsəd tarixi simvolları yaşatmaqdan ibarət olub..

Zahid müəllimin ixtira etdiyi musiqi alətinin çanaq və qol hissəsində 'Oğuz' adını həkk etdirib
Zahid müəllimin ixtira etdiyi musiqi alətinin çanaq və qol hissəsində 'Oğuz' adını həkk etdirib.

Zahid müəllim ixtira etdiyi alət haqqında hazırlanmış sujetə baxır
Zahid müəllim ixtira etdiyi alət haqqında hazırlanmış sujetə baxır.

Türkiyənin TRT kanalı Zahid müəllimin ixtira etdiyi 'Oğuz' aləti haqqında reportaj yayımlayır
Türkiyənin TRT kanalı Zahid müəllimin ixtira etdiyi 'Oğuz' aləti haqqında reportaj yayımlayır.

Zahid müəllimin ixtira etdiyi elektrogitarada tək əllə də ifa etmək olur.
Zahid müəllimin ixtira etdiyi elektrogitarada tək əllə də ifa etmək olur. .

Hazırda Zahid müəllimin Azərbaycanda ixtira etdiyi 'Oğuz' aləti, bütün türk dünyasında və yaxın şərqdə ilk elektron musiqi alətidir
Hazırda Zahid müəllimin Azərbaycanda ixtira etdiyi 'Oğuz' aləti, bütün türk dünyasında və yaxın şərqdə ilk elektron musiqi alətidir.

Zahid müəllim 'Oğuz' alətini 2004-cü ildə patentini ala bilmişdi.
Zahid müəllim 'Oğuz' alətini 2004-cü ildə patentini ala bilmişdi..

Ötən əsrin 80-ci illərində alətin ilk nümunəsini yaradan Zahid müəllim, dünyada bu qədər səs imkanına sahib olan başqa bir elektrogitaranın olmadığını deyir
Ötən əsrin 80-ci illərində alətin ilk nümunəsini yaradan Zahid müəllim, dünyada bu qədər səs imkanına sahib olan başqa bir elektrogitaranın olmadığını deyir.

 

Zahid Mustafayev deyir, aləti dünyada tanıtmaq üçün bu sahəyə müəyyən qədər yatırım olunmalıdır ki, bu alət bir az da təkmilləşdirilsin.
Zahid Mustafayev deyir, aləti dünyada tanıtmaq üçün bu sahəyə müəyyən qədər yatırım olunmalıdır ki, bu alət bir az da təkmilləşdirilsin..