Təkəlduzu yaşadan qadın

Dərc olunub [MƏDƏNİYYƏT]

Özünəməxsus dekorativ sənət nümunələrindən biri də təkəlduzdur.

Təkəlduzun tarixi XIX əsrin əvvələrinə gedib çıxır. Bu sənət ilk dəfə Şəkidə yayılmağa başlayıb.

Hərfi mənada "tək əllə düz" mənasını verən bu sənətlə əvvəllər daha çox kişilər məşğul olardılar. Zaman keçdikcə qadınlar da bu işi davam etdirməyə başladılar.

Şəkidə anadan olan Səyalı xanım (Səlimli Səyalı) da 1986-cı ildən bu sənətlə məşğul olur. Bu sənət yaşasın deyə qızına, gəlininə də öyrədib.

İşin çətin olmasına baxmayaraq, sənəti sevə-sevə yaşadır:

"Təkəlduz incəlik və vaxt tələb edən sənətdir. Bəzən bir işi hazırlamaq üçün 2-3 ay vaxt lazım olur. Elə kiçik işlər də var ki, 2-3 günə hazırlanır. Ən çox işləmələrdə ipək saplardan istifadə olunur. Əsasən araxçınlar, telefon qabları, parça rəsmlər də hazırlanır".

Sayalı xanım deyir ki, əvvəllər böyük işlər hazırlayardı. Sonradan böyük işlərə tələbat azaldığından indi daha çox kiçik işlərə üstünlük verir. Ən çox satılan telefon qabları və araxçınlardır. Qiymətlər də 5-15 manatıarası dəyişir:

"Amma daha böyük işlər də hazırlayıram. Fərq etmir böyük işim satılacaq, yoxsa yox. Bu işi sevdiyimdən hər gün nəsə bir əlavələr edirəm".

Şəkinin Yuxarı Karvansarayında təkəlduzla bağlı yaradılmış məkan
Şəkinin Yuxarı Karvansarayında təkəlduzla bağlı yaradılmış məkan .

Səyalı xanım müxtəlif müsabiqələrin iştirakçısı olub. Çəkdirdiyi fotoları da öz iş otağından divardan asıb
Səyalı xanım müxtəlif müsabiqələrin iştirakçısı olub. Çəkdirdiyi fotoları da öz iş otağından divardan asıb.

Günün çox hissəsini bu iş otağında keçirir. Müxtəlif rəsmlər çəkərək öz işinə əlavələr edir.
Günün çox hissəsini bu iş otağında keçirir. Müxtəlif rəsmlər çəkərək öz işinə əlavələr edir..

Səyalı xanımın öz işini həm də qızına öyrədib. Qızının hazırladığı təkəlduz işlərini də öz iş otağında sərgiləyir
Səyalı xanımın öz işini həm də qızına öyrədib. Qızının hazırladığı təkəlduz işlərini də öz iş otağında sərgiləyir.

Səyalı xanım deyir ki, təkəlduz çətin olsa da, bu işə vurğundur. Hətta öz qızı və gəlininə də öyrədib.
Səyalı xanım deyir ki, təkəlduz çətin olsa da, bu işə vurğundur. Hətta öz qızı və gəlininə də öyrədib..

Təkəlduz hərfi mənada ''tək əllə düz'' deməkdir. Bunu bizlə, bir əllə işləyirlər
Təkəlduz hərfi mənada ''tək əllə düz'' deməkdir. Bunu bizlə, bir əllə işləyirlər.

Səyalı xanım yeni çəkdiyi rəsm əsərini məxmər parçaya köçürərək işləyir
Səyalı xanım yeni çəkdiyi rəsm əsərini məxmər parçaya köçürərək işləyir.

Milli paltarlara da müxtəlif rəsmlər çəkərək əlavə edir.
Milli paltarlara da müxtəlif rəsmlər çəkərək əlavə edir..

Səyalı xanım deyir ki, ən çox telefon və araxçınlar satılır. Böyük işlərə elə də tələbat yoxdur.
Səyalı xanım deyir ki, ən çox telefon və araxçınlar satılır. Böyük işlərə elə də tələbat yoxdur..

Qara parçanın üzərində çəkilmiş ''sevgi'' əsəri
Qara parçanın üzərində çəkilmiş ''sevgi'' əsəri.

Səyalı xanımın və qızı Nərgizin aldığı mükafat
Səyalı xanımın və qızı Nərgizin aldığı mükafat.

Səyalı xanım deyir  ki, bəzən bir işi hazırlamaq üçün 2-3 ay vaxt lazım olur. Elə kiçik işlər də var ki, 2-3 günə də hazırlamaq mümkündür
Səyalı xanım deyir ki, bəzən bir işi hazırlamaq üçün 2-3 ay vaxt lazım olur. Elə kiçik işlər də var ki, 2-3 günə də hazırlamaq mümkündür.