''İndi pulu olanın zövqü, zövqü olanın pulu yoxdur''

Dərc olunub [MƏDƏNİYYƏT]

Heykəltaraş Zaminin emalatxanasında

Heykəltaraş Zamin Rzayev 1989-cu ildə Naxçıvanda anadan olub. Uşaqlıqda karandaşla müxtəlif cızma-qara edən Zamini valideynləri dərnəyə yazdırırlar. Dərnəyə getdikdən sonra Zamiqin həyatı tamam başqa istiqamətə dəyişir.

Zaman-zaman rəsmlərlə müəyyən işlər yaradan Zamində sonradan palçığa, gilə maraq yaranır. Müəyyən vaxtdan sonra sənədlərini Rəssamlıq Akademiyasını verir və ora daxil olur. Demək olar ki, günün çox hissəsini Akademiyanın emalatxanasında keçirir.
Zaminin dediyinə görə, çətin heç bir iş yoxdur. Sadəcə sevmək lazımdır ki, iş insana asan gəlsin:

"Bir heykəli hazırlamaq üçün bəzən aylarla vaxt lazım olur. Qısa müddətə də heykəl hazırlamaq olar, amma o, istənilən kimi cəlbedici olmaya bilər. Heykəl hazırlayanda yeni-yeni ideyalar gəlir beynimə. Hər dəfə də istədiyimdən daha yaxşı əlavələr edirəm. Bu da məni daha gözəl və yeni işlər görməyə həvəsləndirir.

Pulu olan, amma zövqü olmayan bir adam mənə istiqamət versə, bu, çox pis təsir edər.Hazırda vəziyyət elədir ki, pulu olanın zövqü yoxdur, zövqü olanın da pulu. Ona görə çalışıram gələcəkdə maddi vəziyyətim yaxşı olsun ki, öz sevgimlə hazırladığım heykəlləri zövqlü insanlara hədiyyə edim".

Zamiq günün çox hissəsini bu otaqda işləməklə keçirir
Zamin günün çox hissəsini bu otaqda işləməklə keçirir.

Yeni heykəl hazırlamaq üçün naturanın qolunu ölçərək, hazırlayacağı heykələ uyğunlaşdırır
Yeni heykəl hazırlamaq üçün naturanın qolunu ölçərək, hazırlayacağı heykələ uyğunlaşdırır.

Naturadan qeyd etdiyi qolun ölçüsünü yeni hazırlayacağı heykəlin üzərinə tətbiq edir
Naturadan qeyd etdiyi qolun ölçüsünü yeni hazırlayacağı heykəlin üzərinə tətbiq edir.

Günün çox hissəsi bu gilləri müxtəlif formaya salmaqla keçir
Günün çox hissəsi bu gilləri müxtəlif formaya salmaqla keçir.

''Çalışmışam heç vaxt əsəbi halda iş görməyim. Əsəbi iş gördüyüm zaman, bu, mütləq heykəldə öz əksini tapacaq''
''Çalışmışam heç vaxt əsəbi halda iş görməyim. Əsəbi iş gördüyüm zaman, bu, mütləq heykəldə öz əksini tapacaq''.

''Bir heykəli hazırlamaq üçün aylarla vaxt sərf edirəm. Tez də hazırlaya bilərəm, amma öz istədiyimi almaq üçün müəyyən vaxt lazım olur''
''Bir heykəli hazırlamaq üçün aylarla vaxt sərf edirəm. Tez də hazırlaya bilərəm, amma öz istədiyimi almaq üçün müəyyən vaxt lazım olur''.

''Bəzən bir heykəli hazırladıqdan sonra həmin işi saxlayıb, başqa heykəl hazırlamağa başlayıram''
''Bəzən bir heykəli hazırladıqdan sonra həmin işi saxlayıb, başqa heykəl hazırlamağa başlayıram''.

''Əllər çirkli görsənsə də, sonda gözəl iş alınır''
''Əllər çirkli görsənsə də, sonda gözəl iş alınır''.

Hazırlanan heykələ əlavələr etmək üçün əvvəlcə su vurularaq heykəli yumuşaldır, daha sonra əlavələrini edir
Hazırlanan heykələ əlavələr etmək üçün əvvəlcə su vurularaq heykəli yumuşaldır, daha sonra əlavələrini edir.

Hər gün yeni ideyalarla
Hər gün yeni ideyalarla.

Müxtəlif ölçülü heykəllər hazırlamaq üçün həm güc, həm səbr həm də iradə tələb olunur
Müxtəlif ölçülü heykəllər hazırlamaq üçün həm güc, həm səbr həm də iradə tələb olunur.

Zamiq heykələ əlavələr etmək üçün xüsusi alətlərdən istifadə edir
Zamiq heykələ əlavələr etmək üçün xüsusi alətlərdən istifadə edir.

Zamiqin hazırladığı heykəllərdən biri Rəssamlıq Akademiyasının foyesində yerləşdirilib
Zaminin hazırladığı heykəllərdən biri Rəssamlıq Akademiyasının foyesində yerləşdirilib.

''Pulu olan, amma zövqü olmayan bir adam mənə istiqamət versə, bu, çox pis təsir edər. Hazırda vəziyyət elədir ki, pulu olanın zövqü yoxdur, zövqü olanın pulu''
''Pulu olan, amma zövqü olmayan bir adam mənə istiqamət versə, bu, çox pis təsir edər. Hazırda vəziyyət elədir ki, pulu olanın zövqü yoxdur, zövqü olanın pulu''.