''Sifarişlə əsər hazırlamıram''

Dərc olunub [MƏDƏNİYYƏT]

Nizami Abbasov 40 ildən çoxdur ki, ağac üzərində oyma sənəti ilə məşğuldur. Gəncədə yaşayıb-yaradan ustanın işlərinin içində şair və yazıçıların büst və portretləri üstünlük təşkil etsə də, hərbi-vətənpərvərlik və təbiət mövzularına da yer ayırıb.

Nizami Abbasov deyir ki, bir işə başlamazdan öncə hazırlayacağı iş haqqında daha çox məlumat toplayır. Kitablar oxuyur, varsa filmlərinə baxır. Daha sonra işə başlayır. "Nizami Gəncəvinin "Xəmsə"-sini demək olar ki, əzbər bilirəm. Bu "Xəmsə"-nin üzərində iki il işləməklə hazırlaya bildim"-deyir.

Nizami Abbasov əl işlərində qoz, şabalıd, fıstıq və armud ağaclarından istifadə edir. Bundan başqa, əl işlərində "göz" obrazına üstünlük verir.

Sifariş üçün iş görmədiyini deyən Nizami Abbasov əsərlərini daha çox sərgi üçün hazırlayır. İstəyir ki, daha çox adamın məlumatı olsun:

"Satış məqsədi ilə sifariş götürmürəm. Daha çox öz istədiyim və hazırladığım işləri satıram. O zaman hazırlayacağım iş daha keyfiyyətli, daha məzmunlu olur. Hazırladığım işin qiyməti də ölçü və məzmuna görə fərqlənir".

Nizami Abbasovun emalatxanasının ümumi görüntüsü
Nizami Abbasovun emalatxanasının ümumi görüntüsü.

Oyma işləri görmək üçün alətləri
Oyma işləri görmək üçün alətləri.

Nizami Abbasov öz həyat yoldaşının portretini də hazırlayıb. Gələcəkdə daha böyük ağac üzərində hazırmağı düşünür
Nizami Abbasov öz həyat yoldaşının portretini də hazırlayıb. Gələcəkdə daha böyük ağac üzərində hazırmağı düşünür.

Milli Qəhrəman Mübariz İbrahimovun ağac üzərində portreti
Milli Qəhrəman Mübariz İbrahimovun ağac üzərində portreti.

Nizami İbrahimov bir işi hazırlamaq üçün çox uzun vaxt sərf edir. Bəzən bir iş bir neçə il vaxt alır
Nizami İbrahimov bir işi hazırlamaq üçün çox uzun vaxt sərf edir. Bəzən bir iş bir neçə il vaxt alır.

Nizami İbrahimovun hazırladığı işlərin içində ''göz'' obrazı daha çoxdur. Səbəb kimi də onu qeyd edir ki, insan qəlbinə gedən yol gözdən başlayır
Nizami İbrahimovun hazırladığı işlərin içində ''göz'' obrazı daha çoxdur. Səbəb kimi də onu qeyd edir ki, insan qəlbinə gedən yol gözdən başlayır.

Nizami Gəncəvinin yeni ağac üzərində portretini hazırlayıb
Nizami Gəncəvinin yeni ağac üzərində portretini hazırlayıb .

Nizami Abbasovun portreti
Nizami Abbasovun portreti.

Nizami Abbasov bir işə başlamazdan öncə hazırlayacağı iş haqqında daha çox məlumat toplayır. Kitablar oxuyur, filmlərə baxır.
Nizami Abbasov bir işə başlamazdan öncə hazırlayacağı iş haqqında daha çox məlumat toplayır. Kitablar oxuyur, filmlərə baxır..

Ağaclardan hazırladığı müxtəlif növlü fiqurlar
Ağaclardan hazırladığı müxtəlif növlü fiqurlar.

Nar fiqurlarla ağac üzərində hazırladığı yeni fiqurlar
Nar fiqurlarla ağac üzərində hazırladığı yeni fiqurlar.

Nizami Abbasov hazırlayacağı fiqurun üzərini yandıraraq əlavələr edir
Nizami Abbasov hazırlayacağı fiqurun üzərini yandıraraq əlavələr edir.

Nizami Abbasovun yeni işləri
Nizami Abbasovun yeni işləri.

Nizami Abbasov Nizami Gəncəvinin ''Xəmsə''sini iki ilə hazırlayıb və öz evində yerləşdirib.
Nizami Abbasov Nizami Gəncəvinin ''Xəmsə''sini iki ilə hazırlayıb və öz evində yerləşdirib. .

''Xəmsə''nin müəyyən epizodlarını qapının üzərində həkk edib
''Xəmsə''nin müəyyən epizodlarını qapının üzərində həkk edib.

Nizami Abbasov daha çox sərgilərdə iştirak etməyə üstünlük verir
Nizami Abbasov daha çox sərgilərdə iştirak etməyə üstünlük verir .