103 yaşlı rəsmlər...

Dərc olunub [MƏDƏNİYYƏT]

Üzeyir dayı 61 ildir Balaxanıda kiçik bir evdə yaşayır. Evin kiçik olmasına baxmayaraq, mənzili digər evlərdən tamam fərqlənir. Evi fərqli edən əsas cəhətlərdən biri isə otaqların hər tərəfinin rəsm əsərlərindən ibarət olmasıdır.

Bu evi 1913-cü ildə Üzeyir dayının babası Rəcəbəli Əbdüləli oğlu tikdirib. Deyir ki, keçmişdə balaxanılıların 80 faizinin neft quyusu olub. O quyulardan bir neçəsi də Rəcəbəli Əbdüləli oğlunun olub.

Üzeyir dayının babası rəsmə olan sevgisini bir otağa başdan ayağa şəkil çəkdirməklə göstərib. Rəsmlərin çəkilməsindən 103 il keçməsinə baxmayaraq, hələ də öz keyfiyyətini itirməyib.

Üzeyir dayı deyir ki, bu rəsmləri bugünə qədər qoruyub saxlayıblar: "İstəyim odur ki, məndən sonra da övladlarım onu qoruyub saxlasın".

Babasının tikdirdiyi evə Üzeyir dayı müəyyən artırmalar edib
Babasının tikdirdiyi evə Üzeyir dayı müəyyən artırmalar edib.

1913-cü ildə tikilən evin qonaq otağında rəsmlər hələ də öz keyfiyyətini itirməyib
1913-cü ildə tikilən evin qonaq otağında rəsmlər hələ də öz keyfiyyətini itirməyib.

İstilik sobasının üzərində çəkilən rəsmlər belə solmayıb
İstilik sobasının üzərində çəkilən rəsmlər belə solmayıb.

Üzeyir dayı deyir ki, rəsmlər yağlı boya ilə çəkildiyindən bu cür keyfiyyətli olub
Üzeyir dayı deyir ki, rəsmlər yağlı boya ilə çəkildiyindən bu cür keyfiyyətli olub.

Evin tavan hissəsində 32, divar hissəsində isə 6 müxtəlif məzmunlu şəkillər var
Evin tavan hissəsində 32, divar hissəsində isə 6 müxtəlif məzmunlu şəkillər var.

Üzeyir dayı babası Rəcəbəli Əbdüləli oğlunun fotosunu hələ də qoruyub saxlayıb
Üzeyir dayı babası Rəcəbəli Əbdüləli oğlunun fotosunu hələ də qoruyub saxlayıb.

Çəkilməsindən 103 il keçən bəzi rəsmlər artıq məhv olur
Çəkilməsindən 103 il keçən bəzi rəsmlər artıq məhv olur.

Üzeyir dayının babası təkcə divarlara deyil, evlərin qapılarına da rəsmlər çəkdirib
Üzeyir dayının babası təkcə divarlara deyil, evlərin qapılarına da rəsmlər çəkdirib.

Üzeyir dayı deyir, rəsmlər elə zövqlə çəkilib ki, onlara baxdıqda insan sakitləşir
Üzeyir dayı deyir, rəsmlər elə zövqlə çəkilib ki, onlara baxdıqda insan sakitləşir.

Üzeyir dayı tavanda çəkilən rəsmlərin mənasını izah edir
Üzeyir dayı tavanda çəkilən rəsmlərin mənasını izah edir.

Babasının çəkdirdiyi rəsmləri əvvəlcə atası qoruyub saxlayıb, daha sonra özü. İndi də istəyir ki, övladları da qoruyub saxlasın.
Babasının çəkdirdiyi rəsmləri əvvəlcə atası qoruyub saxlayıb, daha sonra özü. İndi də istəyir ki, övladları da qoruyub saxlasın. .