''Plastik qablar çıxandan çəlləyə tələbat azalıb''

Dərc olunub [MƏDƏNİYYƏT]

Göygöl sakini Cahan Cəfərov 1982-ci ildən çəllək hazırlamaqla məşğuldur. Usta deyir ki, əvvəllər çəlləyə böyük təlabat olsa da, hazırda belə deyil:

"Sovet dövründə 6 ay, 1 il öncə insanlar çəllək almaq üçün növbəyə dururdular. Şərab, turşu, pivə, bal, bəhməz saxlamaq üçün əla bir vasitədir. Daha sonra plastik (kapron) qablar çıxanda çəlləyə təlabat sürətlə azalmağa başladı. İndi çox az sayda adam çəllək sifariş verir".

Çəllək hazırlamaq üçün palıd ağacından istifadə olunur:

"Palıddan fərqli olaraq digər ağaclardan hazırlanan çəlləklərin içərisində məhsul saxlandıqdan bir müddət sonra həmin ağacın dadı və qoxusu məhsulda hiss olunur. Bu səbəbə görə çəllək üçün ən ideal ağac növu, palıddı".

Çəlləklərin satış qiyməti ölçüsünə görədir. Kiçik bir çəlləyin təxmini qiyməti isə 20-30 manatarası dəyişir. 500-600, hətta 1000 manata da çəllək var.

Cahan Cəfərovun sözlərinə görə, elə dəzgah və alətlər var ki, onlardan istifadə etməklə işini yüngülləşdirə bilər, amma çəllək işi incəlik tələb etdiyindən əl əməyindən istifadə olunur. Ölçüsündən asılı olaraq çəlləklər 1 litrdən tonlara qədər uzanır. Bir çəlləyin hazırlanmasına isə 3-5 gün bəzən də həftələrlə vaxt sərf olunur. Hazırda bu çəlləklərin alıcısı çox olmasa da, hər ay 1-2 çəllək hazırlayıb sata bilir.

Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur
Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur.

Cahan dayı yeni çəllək hazırlamaq üçün özünü hazırladığı alətdə taxtanı yonur
Cahan dayı yeni çəllək hazırlamaq üçün özünü hazırladığı alətdə taxtanı yonur.

Sovet dövründə 10-15 saat işləyərək günün çox hissəsini burada keçirirdi. Zaman keçdikcə, çəlləyə təlabat azalmağa başladı
Sovet dövründə 10-15 saat işləyərək günün çox hissəsini burada keçirirdi. Zaman keçdikcə, çəlləyə təlabat azalmağa başladı.

Çəllək hazırlamaq üçün müxtəlif ölçülü xüsusi qəliblər. Bu qəliblər vasitəsilə çəlləyin tutumu təyin olunur
Çəllək hazırlamaq üçün müxtəlif ölçülü xüsusi qəliblər. Bu qəliblər vasitəsilə çəlləyin tutumu təyin olunur.

Hər bir çəllək üçün ayrıca bir qəlib. Cahan dayı taxtanın düzgün olduğunu yoxlamaq üçün qəliblə onu ölçür
Hər bir çəllək üçün ayrıca bir qəlib. Cahan dayı taxtanın düzgün olduğunu yoxlamaq üçün qəliblə onu ölçür.

Taxtalar düzgün kəsilib və yonulduqdan sonra bir-bir yığılmağa başlayır
Taxtalar düzgün kəsilib və yonulduqdan sonra bir-bir yığılmağa başlayır.

Kiçik ölçülü çəlləyi hazırlamaq üçün 3-5 gün vaxt sərf olunur.
Kiçik ölçülü çəlləyi hazırlamaq üçün 3-5 gün vaxt sərf olunur. .

Çəllək hazırlamaq üçün Cahan dayı daha çox palıd ağacından istifadə edir. Deyir ki, digər ağaclardan hazırlanan çəlləklərin içərisində məhsul saxlandıqdan bir müddət sonra həmin ağacın dadı və qoxusu məhsulda hiss olunur
Çəllək hazırlamaq üçün Cahan dayı daha çox palıd ağacından istifadə edir. Deyir ki, digər ağaclardan hazırlanan çəlləklərin içərisində məhsul saxlandıqdan bir müddət sonra həmin ağacın dadı və qoxusu məhsulda hiss olunur.

Çəllək üçün ağaclar yonularaq standart bir formaya salınır
Çəllək üçün ağaclar yonularaq standart bir formaya salınır.

Çəllək hazırlamaq üçün ayrılmış xüsusi alətlər
Çəllək hazırlamaq üçün ayrılmış xüsusi alətlər.

Çəlləyin dairə forması olması üçün xüsusi sirkul vasitəsilə yoxlanılır
Çəlləyin dairə forması olması üçün xüsusi sirkul vasitəsilə yoxlanılır.

Çəlləkdə zərgər dəqiqliyi olduğundan Cahan dayı yeni alətlərdən elə də çox istifadə etmir. Daha çox əl əməyinə üstünlük verir
Çəlləkdə zərgər dəqiqliyi olduğundan Cahan dayı yeni alətlərdən elə də çox istifadə etmir. Daha çox əl əməyinə üstünlük verir.

Cahan dayı boş vaxtında çəlləkdən gül qabları da hazırlayır
Cahan dayı boş vaxtında çəlləkdən gül qabları da hazırlayır.

Cahan dayı deyir ki, bu çəlləklərdə qalan məhsullar heç vaxt xarab olmur. Ona görə keçmişdə bu çəlləklərin alıcıları daha çox olurdu
Cahan dayı deyir ki, bu çəlləklərdə qalan məhsullar heç vaxt xarab olmur. Ona görə keçmişdə bu çəlləklərin alıcıları daha çox olurdu.