''Mənə ruh verən ətrafdakı insanların münasibətidir''

Dərc olunub [MƏDƏNİYYƏT]

Elçin Abbasov 1982-ci ildə Lerik rayonunun Ərdəbilə kəndində anadan olub. Ailədə 9 uşaq olublar - 5 bacı, 4 qardaş.

Daha çox incəsənətə marağı olan Elçin müəyyən vaxtdan sonra toxuculuqla məşğul olmağa başlayır. Toxuculuğa həvəsi isə bacılarından keçib. "Bacılarım paltar toxuyanda maraqlandım. Saplardan paltar hazırlandığını gördüm və marağım yarandı. Beləliklə, 1994-cü ildə ilk dəfə kəmər toxumağa başladım. Kənd yeri olduğundan sap tapmaq çox çətin idi. Ona görə toxumağı öyrənmək üçün kəməri bir neçə dəfə söküb, yığmağa başladım. Ən sonda bu işi öyrənə bildim".

Uşaqlıqdan göz təzyiqindən əziyyət çəkən Elçin, əməliyyat olunmaq üçün Lerikdən Bakıya gəlir. Ancaq əməliyyatdan təxminən 1 il baş verən bir hadisə nəticəsində gözünün nurunu itirir: "Əməliyyatdan heç bir il keçməmişdi. Evdə oynayırdıq. Diqqətsizliyimdən yıxıldım, başım stolun uc hissəsinə dəydi. Bundan sonra görmə qabiliyyətimi itirdim. O gündən bu günə kimi gözlərim görmür".

Bütün bu çətinliklərə baxmayaraq, həyata olan sevgisi və marağı tükənməyib. 2007-ci ildən başlayaraq papaq, şərf toxuyur, onları satır. Amma kənd mühitində belə əşyalara tələbatın olmaması onu Bakıya gəlməyə vadar edir. 2014-cü ildə Bakıda kirayə ev tapır və burada yaşamağa başlayır.

Deyir ki, Ramanada yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi haqqında eşitdikdən sonra ora gedib: “Hədəfim musiqini öyrənmək idi, amma ordan mənə bildirdilər ki, musiqi yaşıma uyğun deyil. Ona görə toxuculuğa yazıldım. Mərkəzə getməklə, toxuculuğa aid çoxlu bilgilər öyrəndim. Öz işimi daha da təkmilləşdirdim".

Öz mağazası olmasa da, toxuduğu papaq, şərf və gülləri insanların daha çox olduğu parklarda satır. Günün çox hissəsini isə Zabitlər Bağında keçirir.

Deyir ki, heç də həmişə xoş münasibətlə qarşılaşmır. Məsələn, ötən il parkların birində ona yaxınlaşan gənclər toxuduğu papaqlardan üçünü oğurlayıb: "Parkda oturub şərf toxuyurdum, gənclər yaxınlaşdı, papaqların qiymətini soruşdular, mən də dedim. Bir az keçəndən sonra sağollaşıb getdilər. Onlar gedəndən sonra sayıb gördüm ki, 11 papaqdan 3-ü yoxdu. Bu olaya görə çox pis olmuşdum. Bir neçə gün özümə gələ bilmədim. Sonradan özümü toparlayıb işimə davam elədim".

Elçin deyir ki, ona ruh verən ətrafdakı insanların xoş sözü, mənəvi dəstəyidir: “Həyatda yaşamağımın əsas səbəbi də elə insanların mənə xoş münasibətidir".

Elçin hər gün təxminən 2-3 gül hazırlayır
Elçin hər gün təxminən 2-3 gül hazırlayır

Müxtəlif ölçülü və müxtəlif rəngli güllər hazırlaya bilir
Müxtəlif ölçülü və müxtəlif rəngli güllər hazırlaya bilir

Elçin kirayədə qaldığı evində oturub yeni papaq toxuyur
Elçin kirayədə qaldığı evində oturub yeni papaq toxuyur

Rəngli sapları isə ''Sədərək'' yarmarkasında çalışan dostundan nisyə götürür, müxtəlif papaq və şərflardan qazandığı pulla borcunu qaytarır.
Rəngli sapları isə ''Sədərək'' yarmarkasında çalışan dostundan nisyə götürür, müxtəlif papaq və şərflardan qazandığı pulla borcunu qaytarır.

İki gün ərzində ilk dəfə olaraq dibçəkdə mirvarilərdən gül hazırlayıb.
İki gün ərzində ilk dəfə olaraq dibçəkdə mirvarilərdən gül hazırlayıb.

Elçin güldən başqa papaq, şərf də toxuyur
Elçin güldən başqa papaq, şərf də toxuyur
Elçin kirayədə qaldığı evinin qarşısında dayanır. Deyir ki, toxuduğu papaq və hazırladığı güllərin puluna evin kirayəsini ödəyir
Elçin kirayədə qaldığı evinin qarşısında dayanır. Deyir ki, toxuduğu papaq və hazırladığı güllərin puluna evin kirayəsini ödəyir

Hər gün saat 3-dən axşam saat 9-a kimi Zabitlər bağında və İçərişəhərdə hazırladığı əşyaları satır
Hər gün saat 3-dən axşam saat 9-a kimi Zabitlər bağında və İçərişəhərdə hazırladığı əşyaları satır

Elçin artıq yolları əzbər bilir. Bəzən avtobus və metroya minəndə ətrafdakı insanlar kömək edir
Elçin artıq yolları əzbər bilir. Bəzən avtobus və metroya minəndə ətrafdakı insanlar kömək edir

İçərişəhərdə oturaraq yeni şərf toxuyur
İçərişəhərdə oturaraq yeni şərf toxuyur

Zabitlər bağına gələrək, həm istirahət edir, həm də toxuduğu əşyaları satır
Zabitlər bağına gələrək, həm istirahət edir, həm də toxuduğu əşyaları satır

Elçin deyir: ''Gördüyüm iş ətrafdakılara maraqlı olarsa, o zaman gəlib alırlar''.
Elçin deyir: ''Gördüyüm iş ətrafdakılara maraqlı olarsa, o zaman gəlib alırlar''.