Tor. Senzuradan yan keçirik

Tor. Senzuradan yan keçirik

Tor-u necə yükləməli

  • Proqramı yükləməzdən və mənimsəməzdən əvvəl yəqin ki, “Lazımlı proqramlar” bölməsinə girişi oxumaq lazımdır.

  • Tor işarəsini klik edirik. Proqramın yaradıcısının saytına daxil olub uyğun dili tapıb klik edərək Tor Browser Bundle paketini öz diskimizə yükləyirik. Üzərinə iki dəfə basaraq faylı işə salırıq.

  • İşçi versiyanı (bütün fayllar) açırıq.

  • Bundan sonra arxivi diskdən pozmaq olar.

Tor:

Əsas funksiyası: məlumatların filtrlərdən yan keçməklə ötürülməsi yollarının yaradılması

Proqramın səhifəsi:www.torproject.org

Lisenziya: açıq kodlu pulsuz proqram

Əməliyyat sistemi: Windows-un bütün versiyaları

Proqramın burada istifadə olunan versiyası: 3.6.4 (Tor Browser)

Distributivin həcmi: 26 Mb

Bu materialın son redaktəsi: 2014-cü ilin avqustu

Əvvəlcə nəyi oxumalı

Nəticədə nə əldə edəcəksiniz

  • Özünüz barədə məlumatı hər yoldan keçənə ötürmədən internet səhifələrinə daxil ola biləcəksiniz.

  • Səhifələri, onların ünvanlarını provayderlərə və dövlət xəfiyyə xidmətlərinə açmadan yükləyə biləcəksiniz.

  • Senzorların quraşdırdığı filtrlər və digər maneələrdən yan keçməyi öyrənəcəksiniz.

Tor sizin internetdə anonimliyinizin səviyyəsini artırır. O, internet trafikini sizin kompüterinizdən paylaşdırılmış serverlər şəbəkəsinə ötürür. Bu serverlər dünyanın hər yerində olan entuziastlar tərəfindən dəstəklənir. Əgər kimsə sizin hansı saytlara girdiyinizi müəyyən etmək istəsə Tor məlumatı bir serverdən ö birinə ötürəcək. Beləliklə heç bir birbaşa əlaqə müəyyən olunmayacaq. Məlumatı alanların heç biri eyni zamanda həm göndərəni, həm adresatı ayırd edə bilməyəcək və məlumatı əldə etmək istəyən şəxs əliboş qalacaq. Bundan başqa, hər bir məntəqədə məlumatlar şifrələnir. Məlumatı göndərənə çatmaq üçün hərif göz yaşları içində, soğan soyurmuş kimi, bu çoxqatlı müdafiədən baş çıxarmalı olacaq. Məhz buna görə də Torun simvolu soğandır.

Tor bütün dünyada könüllülərin dəstəklədiyi geniş kompüterlər şəbəkəsi sayəsində sizin anonimliyinizi qoruyur. Bu şəbəkə sayəsində hətta sizin kompüteriniz izləməyə məruz qalırsa belə, izləməni təşkil edənlər sizin hansı saytlara girdiyinizi müəyyən edə bilmirlər. Elə saytların özləri də hər hansı formada sizin yerinizi aşkar etmək qabiliyyətindən məhrumdur. Tor şəbəkəsinin administratorlarından kimsə biləcək ki, siz prinsipcə bu şəbəkədən istifadə edirsiniz. Digər administratorlar görə biləcəklər ki, kimsə müəyyən saytlara çıxış əldə edir. Amma zəncirin içində bir nəfər belə birini o biri ilə əlaqələndirə bilməyəcək.

Tor internet səhifələrinə girişi maskalasa da o yenə də anonimliyin tam və etibarlı təminatı üçün nəzərdə tutulmayıb. Bu, daha çox əlavə müdafiə səviyyəsidir. Toru, məsələn, GmailRiseUp kimi təhlükəsiz onlayn poçt xidmətləri ilə istifadə etmək məsləhətdir. Onu Mail.ru kimi təhlükəsiz olmayan poçt xidmətlərinə və ümumiyyətlə şəxsi məlumatı risk altına atan, onları müdafiə olunmamış http protpokolu vasitəsilə ötürən internet səhifələrinə “qoşulu” şəkildə istifadə etməyə qətiyyən dəyməz.

Bəzən anonimlik və iş sürəti arasında kompromis axtarmağa ehtiyac yaranır. Tor məhz belə hallardan biridir. Tor şəbəkəsi daxilində iş yəqin ki, bilavasitə sizin sevimli brauzeriniz daxilində işə nisbətən daha ləng olacaq. Belə ki, informasiya Tor şəbəkəsində bir kompüterdən digərinə keçmək üçün məlumatın əlavə vaxta ehtiyacı olacaq. Gizlilik və təhlükəsizliyin də bir əvəzi var.

Bəzi izahlar

  • Port. Bu fəsildə adı tez-tez çəkilir. Port tətbiqin (application) kompüterin xaricində (yəni internet şəbəkəsində olan proqramlara çıxmaq üçün istifadə etdiyi çıxış nöqtəsidir. Əgər URL (məsələn, www.google.com) “küçə, ev” tipli ünvan kimi bir şeydirsə portu qapıdakı nömrə ilə müqayisə etmək olar. Portların öz nömrələri var. İnternetdə gəzərkən biz qeyri-təhlükəsiz qoşulmalar üçün (məsələn, http://mail.google.com) adətən 80 nömrəli portdan, təhlükəsiz qoşulmalar üçünsə (məsələn, https://mail.google.com) 443 nömrəli portdan istifadə edirik.

  • Proksi. Kommunikasiyalarda bir növ “vasitəçi”dir. Proksi sizin kompüterinizdə, yaxud yerli şəbəkədə proqram şəklində işə salına bilər. Amma, tez-tez internetdə olan xüsusi saytları da belə adlandırırlar. Proksi siz və sizə lazım olan resurs arasında aralıq halqaya çevrilmiş olur.

  • Marşrut. Sizin kompüteriniz və uzaq server arasında məlumat mübadiləsinin baş verdiyi yol.

  • Körpü. Bu, Torun anonim şəbəkəsinə doğru olan zəncirdə sizdən sonra gələn ilk Tor serveridir. Körpülər mütləq deyil. Onlardan əsasən o ölkələrdə istifadə olunur ki, onların hökumətləri Tor şəbəkəsinə çıxışı bloklamağa çalışır.

GNU Linux, Mac OS və Microsoft Windows üçün analoqlar

Tor klienti GNU Linux, Mac OS и Microsoft Windows üçün də mövcuddur. Tor onlayn kommunikasiyalarda anonimliyin qorunması üçün məsləhət görülməyə layiqdir və çox yaxşı sınaqdan çıxarılıb. Lakin, ola bilər ki, siz başqa proqramları da sınaqdan çıxarmaq istəyəsiniz.

  • Hotspot Shield. Pulsuz kommersiya özəl virtual şəbəkəsi (VPN) (Microsoft Windows üçün).

  • Dynaweb FreeGate. Pulsuz proksi (Microsoft Windows).

  • Your Freedom. Kommersiya proksisi. Buna baxmayaraq onun pulsuz ( ləng işləyən) versiyası da var. Linux, Mac OSMicrosoft Windows üçün variantları da mövcuddur.

  • Psiphon. İnternet proksisi (bütün əməliyyat sistemlərində işləyir).

Sizə Sesawe dokumentasiyası ilə tanış olmağı məsləhət görürük. Bu, bütün internet istifadəçilərinin məlumata sərbəst (yəni senzurasız) çıxış əldə edə bilməsini qarşısına məqsəd qoyan qlobal alyansdır.