Zülfüqarlı qardaşlarının nümayəndələri mətbuat konfransı keçirəcək

Tədbirdə prezidentə müraciətlərin nəticələri, zavodların taleyi, kollektivin üzləşdiyi problemlərlə bağlı məsələlər açıqlanacaq

Source:


Tədbirdə prezidentə müraciətlərin nəticələri, zavodların taleyi, kollektivin üzləşdiyi problemlərlə bağlı məsələlər açıqlanacaq

Zavodları zorla əllərindən alınmış Zülfüqarlı qardaşlarının problemləri son vaxtlar yenidən gündəmə gəlib. MTN olaylarından və sahibkarlıq fəaliyyətinə köməklə bağlı fərmanların verilməsindən sonra sözügedən zavodların işçiləri prezident İlham Əliyevə müraciət etmişdilər ki, qanunsuzluq yolu ilə sahibkarların əlindən alınmış müəssisələr qanunu mülkiyyətçilərinə qaytarılsın. Həmin müraciətdən sonra ictimaiyyətə bəlli olmuşdu ki, Zülfüqarlı qardaşlarına məxsus “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodları bu gün işlərini tamamilə dayandırıb, vaxtilə 1500-ə qədər adamın çalışdığı və sürətlə böyüyən müəssisələr öz sahiblərindən zorla alındıqdan sonra boş zibillik halına düşüb. Zavodları ələ keçirənlər onları işlədə də bilməyib.

“Bakı Elektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədovun Meydan TV-yə verdiyi məlumata görə, edilən müraciətlərin nəticələri, zavodların taleyi, kollektivin üzləşdiyi problemlərlə bağlı zavod kollektivlərinin nümayəndələri mətbuat konfransı keçirmək qərarına gəlib.

Mətbuat konfransı yanvarın 22-də saat 12-də “Bakı Elektroştamp” zavodunda, inzibati binada keçiriləcək.

Ana səhifəXəbərlərZülfüqarlı qardaşlarının nümayəndələri mətbuat konfransı keçirəcək