Hər zaman razılaşmasam da, sozünə, düşüncəsinə hörmət etdiyim, Facebookda maraqla oxuduğum Əli Əkbər, Erkin Qədirli, Seymur Baycan, Günel Mövlud!
Bəzi şeylər barədə heç düşündünüzmü?
Heç düsündünüzmü ki, bu rejim hakimiyyətdən getsə, nə baş verəcək?
Nə ilə əvəzlənəcək?
Hal-hazırda Azərbaycandakı siyasi quvvələr balansı necədir?
Bunlar barədə düşündünüzmü?
Mustəqillikdən sonra ölkədə din surətlə yayılmağa başladı, müxtəlif məzhəblərin əsası qoyuldu. Xüsusən də 2000-ci illərdən başlyaraq Azərbaycan əhalisinin kütləvi olaraq dindarlaşmasını müşahidə edirik. Son bir neçə ildə bu artıq aydın şəkildə özünü büruzə verməyə başlayıb. Hələ siyasiləşməsə də, bu gün Azərbaycanda ən dinamik qüvvə dindarlardır. Onları birləşdirən cox güclü dini ideologiyadır.
Qeyd etmək lazimdır ki, Azərbaycanda dünyəvi (sekulyar) əhali hələ əksəriyyəti təşkil etsə də, onları birləşdirən vahid ideya yoxdur. Bu gün demokratik düşərgə, siyasi səhnə parçalanıb. Ümumiyyətlə, demokratiyanın xarakteristik tərəflərindən biri də, bəzən sadə görünən trivial məsələlərdə fikir birliyinin olmamasıdır. Fikir ayrılığı, müxtəlif ziddiyətli düşüncələr demokratiya şəraitində normaldır və hətta arzu ediləndir.
Ona gorə də, yalnız vəhdət halında olan dindarlar bu hakimiyyətə real alternativ kimi yetişir. Hakimiyyətə gəlməsələr də, ən azından hakimiyyətin onlarla hesablaşması lazım gələcək. Cəmiyyətin aktiv təşkilatları, liderləri, istər iqtidarda ya muxalifətdə, bu trendi nəzərə alamasa, bir tədbir görməsə, gələcəkdə ölkənin idarə etmə sistemində dini elementlərin əmələ gəlməsinin şahidi ola biləcəyik. Bütün bunlar bu gün normal qəbul olunan azadlıqların da itirilməsinə gətirib cıxara bilər.
Ayıq olun, təhlükəni sezin.
Məncə mübarizə yanlış yerdədi.
Bu millət din sorağında,
Quldur imam qabağında,
“Amin” vardil-dodağında,
Yatmısız fil qulağında!
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.