Ziyafət Əsgərov şəhid ailələrinə vəd verdi(VİDEO)

Dekabrın 30-u Milli Məclisin qarşısında şəhid ailələri və Qarabağ qaziləri etiraz aksiyası keçirib. Aksiyaya səbəb 1992-1994-cü illərdə gedən hərbi əməliyyatlar zamanı şəhid olan şəxslərin ailə üzvlərinə dövlət icbari sığorta pulunun verilməməsidir.

Ailələrin etirazına ilk olaraq MM qəbul şöbəsinin rəhbəri İbrahim Yusifzadədən cavab gəlib.

Şəhid ailələrinin səsinə millət vəkillərindən Fazil Mustafa və İqbal Ağazadə səs verib.

Şəhid ailləri MM-in spikeri Oqtay Əsədovu səsləsələr də, o, aksiya iştirakçılarının qarşısına çıxmayıb.

Daha sonra isə hadisə yerinə gələn Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov ilə şəhid ailələri arasında qarşıdurma yaşanıb.

Sonda MM sədrinin birinci müavini Ziyafət Əsgərov qəbul otağında 5 nəfər şikayətçini qəbul edərək, onlara problemlərinin 2015-ci ildə həll olunacağını bildirib.

Ana səhifəVideoZiyafət Əsgərov şəhid ailələrinə vəd verdi(VİDEO)