Ziyad Səmədzadə aqrar sektorun vergiyə cəlb olunmasını təklif edib

Vahid Məhərrəmli: “Bu aqrar sektorun məhvi deməkdir”

“Azərbaycanda kənd təssərrüfatı sahəsini vergidən azad etmişik. Bu sahədə ölkə əhalisinin 35-36%-i çalışır. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.

Report xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffadlıq, inkişaf” adlı konfransında bildirib. 

Komitə sədri bildirib ki, vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

Z.Səmədzadənin söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Vahid Məhərrəmli deyib ki, deputatın məqsədi kənd təsərrüfatında çalışanların vergi verməsi nəticəsində büdcəyə yönələn ödəmələrin artmasıdır.

“Ancaq aqrar sektorda çalışanların çox ciddi problemləri var. Onlar indiki halda vergi ödəyicisi kimi yalnız formal siyahıya alına bilər. Yəni onlardan yüksək faiz dərəcəsi ilə vergi almaq, aqrar sektorun məhvi deməkdir”.

Onun sözlərinə görə, ölkənin neft gəlirləri ciddi şəkildə azaldığından verginin çəkisi də azalır. Beləliklə, hökumət aqrar sektorda çalışanlardan vergi yığmaqla büdcəni problemlərdən xilas etmık istəyir.

Vahid Məhərrəmov bildirib ki, 2-3 il əvvəl özü də həmin təşəbbüsdə bulunub:

“Ancaq mən istəyirdim ki, kənd təsərrüfatında çalışan fermerlər, kəndlilər, sahibkarlar vergi ödəyicisi kimi qeydiyyata alınsın və ödədikləri vergi simvolik xarakter daşısın. Yəni istehsal etdikləri məhsulun dəyərinin 1-2 faizi. Digər tərəfdən hökumət onların ödədikləri vergini dotasiya formasında qaytarsın. Məqsəd odur ki, aqrar sektor istehsalçıları sivil qaydada vergi ödəyicisi kimi qeydiyyata alınır, onlara vergi mədəniyyəti aşılanır, maarifləndirilir və istehsal etdikləri məhsulun statistikası götürülür”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lnwdu9

Ən çox baxılan