Oktyabrın 3-dən 4-nə keçən gecə, saat 2 radələrində Koroğlu metrosunun yaxınlığındakı körpüyə 1 saylı avtobusda işləyən sürücü çıxaraq intihara cəhd edib. Hadisə yerinə FHN işçiləri gəliblər. Onlar qoruyucu yastıq açıblar və intihar etmək istəyən gənci fikrindən daşındırmaq üçün dilə tutublar. Gənc təxminən 1 saatdan sonra xilas edilib.
Hadisə yerində olan və kameraya danışmaq istəməyən şahid Meydan TV-yə bildirib ki, gənc avtobus sürücüsüdür və körpüdən qışqıraraq nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadəyə görə intihar etmək istədiyini bildirib. O deyib ki, D.Əfəndizadə onlara işləməyə imkan vermir.
Mətbuatda yer alan xəbərlərə görə Davud Əfəndizadə “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəis müavinidir.