Ziya Məmmədovun qardaşı namizədliyini verməyə bilər

Elton Məmmədov: Ola bilər ki, namizəd olmayım və öz elmi-pedoqoji fəaliyyətimə davam edim

Source:


Elton Məmmədov: Ola bilər ki, namizəd olmayım və öz elmi-pedoqoji fəaliyyətimə davam edim

Deputatı Elton Məmmədov 1 noyabr parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı qərar verməyib.

E.Məmmədov Lent.az-a bildirib ki, bu həftənin sonunadək namizəd olub-olmayacağı ilə bağlı qərarını açıqlayacaq: “İndiyədək 3 çağırış Milli Məclisin deputatı olmuşam, budəfəki seçkilərlə bağlı isə hələlik qərar verməmişəm. Mən müstəqil insanam və həftənin sonunadək öz qərarımı verəcəyəm. Ola bilər ki, namizəd olmayım və öz elmi-pedoqoji fəaliyyətimə davam edim. Hər halda bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar verəcəyəm”

Ana səhifəXəbərlərZiya Məmmədovun qardaşı namizədliyini verməyə bilər