Ziya Məmmədovun pullu yol təklifi keçməyib

Abbas Ələsgərov: ”Cavab verdik ki, bir pullu yol var və bu da kifayət edir”

Source:
Ziya Məmmədov foto sosial şəbəkə


Abbas Ələsgərov: ”Cavab verdik ki, bir pullu yol var və bu da kifayət edir”

Böyük Bakının Regional İnkişaf Planının layihəsi artıq hazırdır və sənəd Nazirlər Kabinetinə təqdim olunub. Ekspertlərin baxışından layihə hökumət tərəfindən təsdiq ediləcək

Bu barədə report.az-a danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov layihədə çox yeniliklərin olacağını bildirib.

O, dəyişikliklərlə bağlı müvafiq nazirliklərin hər birinin mövqeyini sərgilədiyini söyləyib:

“Biz də həmin münasibətlərə uyğun olaraq layihədə müvafiq düzəlişlər etməliyik. Nazirliklərdən bəzilərinin təklifləri ilə razılaşmadıq. Misal üçün, keçmiş nəqliyyat naziri Ziya Məmmədov bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Cavab verdik ki, bir pullu yol var və bu da kifayət edir”.

Ana səhifəXəbərlərZiya Məmmədovun pullu yol təklifi keçməyib