Zığ sakinləri Nazirlər Kabinetinin qarşısında aksiya keçirib

Şikayətçiləri qəbul edən Şahin Salahov isə onlara yardım edə bilməyəcəyini deyib

Source:


Şikayətçiləri qəbul edən Şahin Salahov isə onlara yardım edə bilməyəcəyini deyib

Sentyabrın 3-də Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə zonasında olan evlərin, həmçinin Xətai rayonu, Cavanşir küçəsi, 10  ünvanındakı qəzalı vəziyyətdə olan yataqxananın sakinləri Nazirlər Kabinetinin qarşısındakı yolu bağlamağa cəhd ediblər.

Bu barədə məlumat yayay virtualaz.org bildirir ki, 50-dək qadın baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb edib. Əraziyə cəlb edilən polis əməkdaşları isə qadınları uzaqlaşdırmağa çalışıblar. Bu zaman qadınlarla polis əməkdaşları arasında mübahisə yaranıb. Polis əməkdaşı qadınlardan birini itələyib. Yerə yıxılan qadının vəziyyəti pisıəşib.

Hadisə yerində olan təcili yardım həkimləri Cavanşir küçəsi, 10-dakı yataqxananın sakini, vəziyyəti pisləşən Dilarə Səfərovaya yardım edib.

Aksiya iştirakçısı olan Nərgiz Məmmədova sayta bildirib ki, bu gün Abid Şərifovun qəbul günüdür. Lakin A.Şərifov şikayətçiləri qəbul etməyib. Şikayətçiləri qəbul edən Şahin Salahov isə onlara yardım edə bilməyəcəyini deyib.

Ş.Salahov narazı sakinlərə köçürülmə və kompensasiya ilə bağlı məlumat verməyib.

Zığ sakin Ədibə Nəsirova deyirdi ki, 5 ildir Abid Şərifovla görüşə bilmirlər: “5 ildir Nazirlər Kabinetinin qarşısına ayaq döyürük. Zığ sürüşmə zonasında yaşayanların problemləri ilə maraqlanan yoxdur. Nazirlər Kabinetinə ünvanladığımız məktub Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilir. Sonra da bizi çağırıb məktubumuzla tanış edirlər, vəssalam. Daha problemə əncam çəkən yoxdur. Evlərimiz başımıza uçur, uşaqlarımızın həyatı təhlükədədir. Nazirlər Kabinetində Şahin Salahov dedi ki, məsələdən xəbərdarıq, amma 2008-ci ildən indiyədək heç kim köçürülmür. Yalnız 10-a yaxın ailə köçürülüb. Köçürülənlərin əksəriyyətinə kirayə pulu verilmir”.

“Tələblərimizə cavab versinlər. Ölkə başçısı problemimizi bilmir. Bunu ondan gizlədirlər. Buna görə də aksiya keçiririk. 55 ev qəzalı vəziyyətdədir. 106 ev aktiv sürüşmə ərazisindədir. Ümumilikdə isə 500 ailə sürüşmə ərazisindədir. Xəbərdarlıq edirlər, amma köçürmürlər. 13 ailəyə kirayə pulu verilir. Digərlərinə pul ödənilmir”,-deyə Nəsibova bildirib.

Sakinlər səfirliklərə də müraciət edəcəklərini qeyd ediblər.

Ana səhifəXəbərlərZığ sakinləri Nazirlər Kabinetinin qarşısında aksiya keçirib