Zeynəb Xanlarovanın oğluna vəzifə verildi

Ramin Babayev təyinata qədər komitənin Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışıb

Source:


Ramin Babayev təyinata qədər komitənin Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.

Bu barədə APA xəbər verir ki, rezidentin 2 fevral tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.

Təyinata qədər N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıblar.

Ramin Səlim oğlu Babayev xalq artisti, deputat Zeynəb Xanlarovanın oğludur.

Ana səhifəXəbərlərZeynəb Xanlarovanın oğluna vəzifə verildi