Elçin Şıxlı: “Əflatun Amaşov bir dəfə belə zəng edib vəziyyətimizlə maraqlanmadı”
Bu barədə “Turan” qəzetin baş redaktoru Elçin Şıxlı bildirib. Baş redaktor bir həftə əvvəl Mətbuat Şurasına ərizə verdiyini deyib. “Qərarı MŞ-nin “Zerkalo” qəzetinin düşdüyü ağır vəziyyətə biganə qaldığını gördükdən sonra qəbul etdim. MŞ sədri Əflatun Amaşov bir dəfə belə zəng edib vəziyyətimizlə maraqlanmadı”.
2014-cü ildə ölkənin ilk müstəqil rusdilli qəzetinə – 1990-cı ildə təsis edilmiş “Zerkalo”ya reklam verilməsi dayandırılıb ki, bu da məhvə bərabərdir. Gündəlik formatdan həftəlik formata keçdikdən sonra qəzet Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun dəstəyini almır.
Qəzetin aparıcı icmalçısı Rauf Mirqədirov aprel ayında “vətənə xəyanət” ittihamı ilə həbs edilib.
“Zerkalo” qəzeti 2003-cü ilin martında təsis edilmiş Mətbuat Şurasının təsisçilərinin ilk sıralarında idi. Elçin Şıxlı 2012-ci iə qədər MŞ-nin İdarə Heyətinin daimi üzvü idi.