Zərərli sayılan reklamlar məktəblərdən uzaqda yerləşdiriləcək

Source:
Foto Sosial şəbəkə
Foto Sosial şəbəkə

Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə və yetkinlik yaşına çatmayanlardan ötrü nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan edilir.

Modern.az yazır ki, “Təhsil haqqında” Qanuna nəzərdə tutulan əlavə və dəyişiklər layihəsi Milli Məclisə daxil olub.

Xəbərdə qeyd edilir ki, bununla bağlı qanunun 11.4-cü və 11.5-ci maddəsinə dəyişiklik ediləcək.

Layihəyə görə, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklamlar məktəblərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafəyə qədər uzaqda yerləşdirilməlidir.

Bundan başqa, idman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olmalıdır.

Ana səhifəXəbərlərZərərli sayılan reklamlar məktəblərdən uzaqda yerləşdiriləcək