Zərərçəkənlər özlərini “zərəçəkən” hesab etmirlər

Dindirilən şəxslər Abdulla Abdullayevə qarşı tələblərinin olmadığını deyirlər

Source:


Dindirilən şəxslər Abdulla Abdullayevə qarşı tələblərinin olmadığını deyirlər

Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” Şirkətlər Qrupunun rəhbəri Abdulla Abdullayev və onunla birgə təqsirləndirilən daha 5 nəfərlə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində ittiham tərəfin “zərərçəkən” kimi tanıdığı daha bir qrup ifadə verib. “Zərərçəkənlər” Atatürk prospekti 78/80-37-də tikilən hündürmərtəbəli binada mənzil aldıqlarını, bəziləri təmirə başladıqlarını bildiriblər. Onlar mənzillərin sahibi kimi şəhadətnamə almaq üçün binanın tam təmir olunaraq dövlət komissiyasına təhvil verilməsini istədiklərini deyiblər. Beləliklə, məhkəmə prosesi davam edən iki ay yarım ərzində ittiham tərəfin “zərərçəkən” kimi tanıdığı 200 şəxsin 50-dən çoxu dindirilib. Bu şəxslər Abdulla Abdullayevə qarşı hər hansı tələbləri olmadıqlarını bəyan ediblər.

Zərərçəkənlər dindirildikdən sonra hakim Əfqan Hacıyev məhkəmə prosesini aprelin 14-ü saat 10:30-a kimi təxirə salıb.

A.Abdullayev 2014-cü ilin aprelin 4-də həbsə alınıb. Ona qarşı dövlət vəsaitini külli miqdarda mənimsəmək, dələduzluq, səlahiyyət həddini aşmaq kimi ittihamlar irəli sürülüb. A.Abdullayev və təqsiləndirilən 5 nəfər irəli sürülən ittihamları birmənalı rədd edərək özlərini təqsirli saymırlar.

Ana səhifəXəbərlərZərərçəkənlər özlərini “zərəçəkən” hesab etmirlər