Zərərçəkənlər keçmiş MTN-nin mühakimə olunan vəzifəlilərinə barışıq elan ediblər

Vəkil: “Zərərçəkənlər barışıq ərizələrilə məhkəməyə müraciət ediblər”

Foto: Azərtac
MTN
MTN


Vəkil: “Zərərçəkənlər barışıq ərizələrilə məhkəməyə müraciət ediblər”

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə zərərçəkmişlər barışıq ərizəsi ilə məhkəməyə müraciət edib.

Bunu APA-ya vəkil İlyas Kərimov bildirib. Vəkil deyib ki, iş üzrə indiyədək təxminən 100 nəfərə yaxın zərərçəkən şəxs barışıq ərizəsi yazıb. Onun sözlərinə görə, zərərçəkmişlər təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildiriblər.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə, 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə, 14 ildən 18 ilə qədər azadlıqdan məhrum etmə cəzası), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə, 13 ildən 17 ilə qədər azadlıqdan məhrum etmə cəzası )və digər maddələri ilə ittihamlar irəli sürülüb.

Ana səhifəXəbərlərZərərçəkənlər keçmiş MTN-nin mühakimə olunan vəzifəlilərinə barışıq elan ediblər