Azərbaycanlı Zərəngiz Hüseynova “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkarlar” siyahısında yer alıb.
Zərəngiz Hüseynova “WoWoman” təşkilatının və “Alza” mağazasının təsisçisidir. O, “WoWoman” təşkilatını 2014-cü ildə yaradıb. Platformanın “Facebook” hesabında yazılıb: “4 ildə online cəmiyyətin iştirakçı sayı 25 minə çatdı, təlim, kurs və tədbirlərimizdə 8000-dən çox qadın iştirak etdi, vebinarlarımızın baxış sayı isə 300.000-dən çoxdur… “WoWoman in Me” sahibkarlıq düşünçəsi proqramımız artıq Honkonqun məktəb və universitetlərində tədris edilir”.
“WoWoman” 2018-ci ildə “Facebook” təşkilatı 100 ən yaxşı icma sıyahısına daxil edilib və bu siyahıda MDB ölkələri arasında yer almış yeganə cəmiyyət oldu.
2018-ci ilin oktyabr ayında Zərəngiz Hüseynova San-Fransiskoda “One Young World” Sammitində çıxış edərək, cəmiyyətinin işindən danışıb. ⠀
“Forbes” jurnalında bu siyahıda yer alan daha bir azərbaycanlı gənc Reyhan Camalovadır. O, 2018-ci ildə 15 yaşında “Rainergy” adlı layihəsi ilə jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına qeyd olunub.