Zərdüşt Əlizadə: Ermənistandakı aksiyalarda xarici qüvvələrin rolu yoxdur

”Yeni gələn Baş nazir də birinci Moskvaya uçub, xeyir-dua alacaq”

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə


”Yeni gələn Baş nazir də birinci Moskvaya uçub, xeyir-dua alacaq”

Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.

Baş nazir ölkə paytaxtında aprelin 16-dan istefa tələbi ilə başlayan aksiyaların nəticəsi olaraq istefa verdiyini

bəyan edib

.

Serj Sarkisyanın istefasını Meydan TV-yə şərh edən siyasi icmalçı Zərdüşt Əlizadə Ermənistandakı aksiyalarda xarici dövlətlərin heç bir rolunun olmadığını düşünür:

“Serj Sarkisyanın istefası sırf daxili məsələdir. Bəli, hadisələr başlananda mən tam əksini düşünürdüm ki, o, istefa verməyəcək. Amma o mənada bildirmişdim ki, Sarkisyan getsə belə, onun təmsil olunduğu quruluş qalacaq. Necə ki, Yanukovbiç gedib, amma korrupsioner sistem qalıb, Medvedev gəldi, Putin rejimini dəyişdirə bilmədi və Putin bir daha qayıtdı. Əslində, Sarkisyan Ermənistanın ağası olan Rusiyanı tam qane edirdi. Sadəcə, Ermənistan hakim zümrəsində müəyyən qüvvələr onun həddən artıq sərvət topladığını deyib, istefa məsələsini gündəmə gətirdilər. Amma Sarkisyanı istefaya məcbur etmək üçün üzünə dayana bilməzdilər, ona görə cəsarətli bir adamı, jurnalist-deputat Nikol Paşinyanı önə verdilər, o da insanları ayağa qaldırdı. Təbii ki, bu prosesdə dövlət aparatındakı yüksək çinli məmurların rolu danılmaz idi. İnternetdə Bako Saakyanın, Vazgen Manukyan, sabiq Baş nazir Karapetyanın çıxışlarından belə anlaşıldı ki, yüksək məmur təbəqəsinin təzyiqi olub”.

Politoloq deyir ki, aksiyalarda Rusiyanın əleyhinə bir şüarın belə səslənməməsi maraq doğurur:

“Heç qərbpərəst şüar da olmadı. Yalnız Sarkisyanın korrupsiyaya uğramasını qabardıb, istefasını tələb edirdilər. Bilirsiniz, Rusiyaya münaqişənin həll olunmaması lazımdır, ona da nail olub. Yeni gələn Baş nazir də birinci Moskvaya uçub, xeyir-dua alacaq. Dağlıq Qarabağ məsələsi Ermənistan hakimiyyətini yumruq kimi birləşdirib, erməni xalqını əzmək üçün bir vasitədir”.

Zərdüşt Əlizadə hesab edir ki, Ermənistanda hakimiyyət yenə də “Qarabağ klanı”nda qalacaq:

“Bu klanın hakimiyyəti əldən verməsi qeyri-mümkündür. Bu, ona bənzəyir ki, Naxçıvan klanı Azərbaycanda hakimiyyəti əldən verir. Bunu təsəvvür etmək mümkün deyil”.

Ana səhifəXəbərlərZərdüşt Əlizadə: Ermənistandakı aksiyalarda xarici qüvvələrin rolu yoxdur