Zərdüşt Əlizadə: Avrasiya İttifaqı Azərbaycana lazım deyil

“Ermənistan Avrasiya İttifaqının üzvüdür, bu ölkədə nə dəyişib, heç nə. Həmin millətdir, qapaz və təpik altında, Rusiyanın vilayəti səviyyəsində”

Source:


“Ermənistan Avrasiya İttifaqının üzvüdür, bu ölkədə nə dəyişib, heç nə. Həmin millətdir, qapaz və təpik altında, Rusiyanın vilayəti səviyyəsində”


“Azərbaycanın Avrasiya İttifaqına üzv olması daxili və xarici siyasətimizdə heç nəyi dəyişdirməyəcək. Necə ki, Avropa Şurasına üzv olandan sonra nə dəyişib, heç nə. Hakimiyyətin mahiyyəti, xalqın rifahımı dəyişib, sənaye qurmuşuqmu, Qarabağı qaytarmışıqmı, yox! Ona görə mən son vaxtlar Avrasiya İttifaqı ətrafında aparılan diskusiyalara böyük əhəmiyyət vermirəm. Yaxud Ermənistan Avrasiya İttifaqının üzvüdür, bu ölkədə nə dəyişib, heç nə. Həmin millətdir, qapaz və təpik altında, Rusiyanın vilayəti səviyyəsində. Azərbaycan da Avrasiya İttifaqına üzv olsa, heç nə dəyişməyəcək”.

Bu açıqlamanı Meydan TV-yə politoloq Zərdüşt Əlizadə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Avrasiya İttifaqına üzv ola biləcəyimizi istisna etmədiyi barədə fikirlərini şərh edərkən deyib.

Zərdüşt Əliadə bildirib ki, nədənsə bəziləri Avrasiya İttifaqına üzv olmağımızı faciə kimi qəbul edir: “Guya, Avrasiya İttifaqına daxil olmasaq, Avropa İttifaqına üzv olacayıq. Məgər, biz onlara lazımıq, yox. Azərbaycan yalnız özünə lazımdır. İstər Avropa Şurasına üzv olanda, istərsə Avrasiya İttifaqında olsaq belə hər bir xalq problemlərini özü həll etməlidir. Müstəqillik onun üçün verilir ki, problemlərini səmərəli həll edəsən. 25 ildir Azərbaycan qərarlarını səmərəsiz şəkildə həll edir, fərqi yoxdur dövlət quruculuğunda olsun, yaxud iqtisadi, hərbi və siyasi sahədə. Eurovijin mahnı yarışması, yaxud Avropa idman oyunları bizə lazım idimi? Əlbəttə lazım deyildi. Ona görə Avrasiya İttifaqı da Azərbaycana lazım deyil”.

Politoloq hesab edir ki, Avrasiya İttifaqına üzv olan dövlətlərin rəhbər şəxsləri də bu qurumun nə olduğunu bilmirlər: “Ermənistanın iqtisadiyyatı yoxdur, amma bu quruma niyə üzv olduqlarını bilmir. Belarus, Qazaxıstan da onun kimi”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının sahələrində “Sputnik” agentliyinin bu barədə sualınaə “Heç vaxt demə ki, heç vaxt”, – deyə cavab verərək əlavə edib ki, hazırda onun ölkəsi Avrasiya bloku dövlətləri ilə “çoxlu sayda ikitərəfli münasibətlərin qurulması” ilə məşğuldur.

Ana səhifəXəbərlərZərdüşt Əlizadə: Avrasiya İttifaqı Azərbaycana lazım deyil