
Mənbə: Foto: Meydan TV
Başlıq: Çallı kəndində aksiya
Zərdabda kənd sakinləri magistral yolu bağlayıblar (yenilənib)
Zərdab rayonu Çallı kəndində etiraz aksiyası keçirilib
***
17.58. Kənd sakini Nizami Həşimov Meydan TV-yə bildirib ki, kənd sakinləri rayona doğru yürüş edərkən onları icra başçısı Mərdan Camalzadə qarşılayıb. Nizami Həşimov icra başçısının hazırda kənddə olduğunu və yaxın saatlarda sakinlərlə görüşəcəyini deyib:
"Bizim əsas tələbimiz bələdiyyənin ləğvi və yeni seçkilərin keçirilməsidir, çünki örüş yerlərinin satılmasında bələdiyyənin də məsuliyyəti var".
O, saxlanılanların sərbəst buraxıldığını qeyd edib.
***
Sakinlər örüş sahələrinin əllərindən alınmasına etiraz edirlər
Zərdab rayonunun Çallı kəndində örüş sahələri əllərindən alınan kənd sakinləri fevralın 20-də etiraz aksiyası keçirərək, magistral yolu bağlayıblar.
Bu barədə Meydan TV-yə yerli sakinlərdən Dilqəm Nemətov məlumat verib.
Dilqəm Nemətov deyib ki, kənd camaatının 500 hektar otlaq sahəsi var və vaxtilə əhaliyə pay torpaq veriləndə, hərə 30 hektar götürdü ki, otlaq sahəsi kimi istifadə etsin. Həmin sahəni icra hakimiyyəti və bələdiyyə satıb:
“Ərazi keçmiş icra başçısı Lütfəli Babayevin fermasına və başqa adamlara satılıb. Elə 30 hektarda yerüstü balıq gölü yaradılıb. 3500 nəfər əhalisi olan kənddə 750 təsərrüfat var. İndi sual yaranır. 750 təsərrüfatı olan insan malını harda otarsın? Bunu edənlər prezidentin göstərişlərini pozurlar. Çünki yerüstü balıq gölü torpaqları şoranlaşdırır. Səhər rayonun bütün polisləri kəndə gəldi, sakinlərlə qarşıdurma oldu. Aksiya zamanı bir nəfər döyülərək xəstəxanaya aparıldı. Sakinlərdən Cavid Şamilov, Əlvida Mustafayev və Səid Mustafayev saxlanılıb. Nemət Əliyev və Cəfər Əhmədov isə döyülüb”.
Zərdab Rayon İcra Hakimiyyətinin Vüsal adlı (soyadını demədi)adlı növbətçisi bu barədə açıqlama vermək istəmədi. O, İcra Hakimiyyətinin müvafiq şöbə müdirləri Rahim Nuriyev və Namiz Rüstəmovla əlaqə saxlamağımızı məsləhət gördü.
Ancaq adları çəkilən şəxslərlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019