Ailə icra hakimiyyətindən yaşamağa vaqon istəyir, onu da ala bilmirlər

Mənbə: meydan tv

Başlıq: Ailə icra hakimiyyətindən yaşamağa vaqon istəyir, onu da ala bilmirlər

Zərdab sakini: Hökumət qəzalı evlərlə bağlı bir çarə tapmalıdır

“Hamımız bədbəxt günündəyik, insanları bu hala salıblar”

“Mənim xəstəliyimə diaqnoz qoyulanda, Azərbaycanda bu mərətdən əziyyət çəkən 5-6 nəfərdə var idi. İndi yayılıb. Xəstəliyin adı qırmızı qurd eşənəyidir (Lupus). Bir bəladır, tutub məni. Sağalan xəstəlik deyil, ömrüm boyu müalicə olunmalıyam”.

Zərdabın Körpükənd kəndində yaşayan Elzanə Qasımova belə deyir. Bildirir ki, onsuz da 17 ildir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, şəkəri, təzyiqi vardı. Üstünə bu xəstəlik də gəlib, vəziyyəti daha da ağırlaşıb:

“Bütün bunlar azmış kimi fevralda evdə yıxıldım. Daha da pis duruma düşdüm. 30 tikiş qoydular ayağıma. Xəstəyəm, bu ayrı bir dərddir. İkinci dərd də ayağım sağalmır, vaxtaşırı irinləyir, qanayır, qıpqırmızıdır. Yaxşı müalicəyə, həkimə ehtiyacım var, imkanım yoxdur”.

Elzanə Qasımova eyni zamanda, ağır xəstə üçün uyğun olmayan şəraitdə yaşadığını deyir:

“Hamam yox, normal ayaqyolu yox, xəstəyəm, zülm çəkirəm. Evi də ki, görürsüz, az qalır başımıza uça. Şərait yoxdu, müalicə də ola bilmirəm. Nə etməliyəm, yıxılıb ölüm? İnanın, ölə də bilmirəm. Zülm çəkirəm”.

Elzanə Qasımova

Elzanə Qasımova

Mənbə: meydan.tv

Elzanə Qasımova şəraitsizlikdən oğlunun da evdən baş götürüb getdiyini söyləyir. Onu qınamır, deyir, imkanı olsa, özü də baş götürüb gedər:

“Oğlum deyir, ev nə gündədir, mən evlənmirəm, çıxıb gedirəm. Hara müraciət etmişəm, bir nəticəsi yoxdur. Axırda icra hakimiyyətindən dedilər ki, şəhid ailəsi deyilsən, sənə ev düşmür. Düzdür, mən şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam? Deyirəm, mənə bir dənə vaqon verin, evin küncündə qoyub, içində yaşayım. Dedilər, ay xanım, indiki dövrdə vaqonda adam yaşayar? Dalınca da deyir ki, qonşu kənddə bir uçmuş ev var, gedin, izin veririk, onun daşını, qumunu, əlinizə nə keçir, yığın, gətirin, özünüzə ev tikin”.

Elzanə Qasımova deyir ki, yoldaşı şəkər, özü ikinci qrup əlil, o evin materiallarını necə daşısınlar? Özü də heç yerdə işləmirlər ki, fəhlə tutub bu işi gördürsünlər, imkanları yoxdur:

“Heç yerdə işləmirik, pensiyadan başqa gəlirimiz yoxdur. Ev də ki, az qala 80 ilin tikilisidir. İcra hakimiyyətindən gələn komissiya da “qəzalıdır, yaşamaq olmaz”, - dedi. İndi elədir ki, camaat bir tikə çörək tapanda sevinir. İşsizlik, xəstəlik yayılıb. Camaatda ev tikməyə, böyük işlər görməyə pul yoxdur. Odur ki, hökumət bir çarə tapmalıdır. Həqiqətən qəzalı evlərə dəstək olmalıdır. Yoxsa, bu gün, sabah başımıza uçacaq. Onda ağılları başlarına gələcək?”

1960-cı il doğumlu Elzanə Qasımovanın 2 övladı var. Qızı qonşu kənddə yaşayır, ailəlidir. Oğlu isə Bakıda fəhləlik edir:

“Bir müddətdir nəvəm gəlib, guya mənə baxsın. O da körpə uşaqdır, hər şeyi edə bilmir. İki xəstə qalmışıq qəzalı evdə. Uşağa da yazığım gəlir. Deyirəm, biz cəhənnəm, ev uçsa, o da altında qalacaq. Əlimiz hər yerdən üzülmüş şəkildə gözləyirik”.

Evin bəzi hissələrini sellofanla tutublar ki, qışda içəriyə külək əsməsin

Evin bəzi hissələrini sellofanla tutublar ki, qışda içəriyə külək əsməsin

Mənbə: meydan.tv

Ailə başçısı Bayram Qasımov da illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Deyir, işləmək qabiliyyətini çoxdan itirib, pensiya ilə güclə dolanırlar. Aldıqları pul isə dərmanlarına, yeməklərinə güclə çatır. Onunla nəsə iş görmək mümkün deyil:

“Ev təxminən 50-ci illərdə tikilib. Bəlkə də ondan da əvvəl. Adicə külək əsəndə ürəyimiz qopur. Yağış, qar evin içində olur. Hər yerə damır. Daha bundan o yana nə var? Çətindir, dolana, yaşaya bilmirik. Hamımız bədbəxt günündəyik, insanları bu hala salıblar. Özümüzə ev tikməkdə, təmir etməkdə də acizik”.

Zərdab Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, eyni problemlə çox adam müraciət edir:

Elzanə Qasımova deyir ki, yağış, qar evlərinin içinə yağır

Elzanə Qasımova deyir ki, yağış, qar evlərinin içinə yağır

Mənbə: meydan tv

Zərdab Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, eyni problemlə çox adam müraciət edir:

“Kəndlərdə o qədər qəzalı evlər var ki. Sadəcə bunun üçün büdcədən bizə vəsait ayrılmır axı, gedin, bu evləri təmir edin, yaxud yenidən tikin. Zəlzələ, təbii fəlakət zamanı belə büdcələr verilir. Amma nəsə baş vermədiyi halda, biz kiməsə ev tikə bilmərik. Ona görə yox ki, bunu istəmirik. Ona görə ki, bizim belə bir büdcəmiz yoxdur. Yoxsa biz də vətəndaşa kömək etmək istərik, kim istəməz ki. Çoxu köhnəldiyi üçün qəzalı duruma düşüb. Ancaq bizim belə evləri tikmək, təmir etmək imkanımız yoxdur”.

Ailənin qəzalı evi təmir etmək imkanı yoxdur

Ailənin qəzalı evi təmir etmək imkanı yoxdur

Mənbə: meydan.tv

Bayram Qasımov

Bayram Qasımov

Mənbə: Foto: meydan.tv

Ailə evlərinin başlarına uçacağından qorxur

Ailə evlərinin başlarına uçacağından qorxur

Mənbə: meydan.tv

Evin bəzi divarları tamamilə sıradan çıxıb

Evin bəzi divarları tamamilə sıradan çıxıb

Mənbə: meydan.tv

Ailə evin tamamilə yararsız vəziyyətdə olduğunu söyləyir

Ailə evin tamamilə yararsız vəziyyətdə olduğunu söyləyir

Mənbə: meydan tv

Qasımovlar ailəsinin pensiyadan başqa gəlirləri olmadığından, evlərini təmir etmək imkanları yoxdur

Qasımovlar ailəsinin pensiyadan başqa gəlirləri olmadığından, evlərini təmir etmək imkanları yoxdur

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5iy4e8

Ən çox baxılan