“Zəngəzur” şadlıq sarayında kütləvi zəhərlənmə: 27 nəfər xəstəxanadadır

Qonaqların nədən zəhərləndiyi araşdırılır

Source:

Avqustun 8-də Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib. Toy sahibi, gəlinin əmisi İbrahim Əliyevin Meydan TV-yə verdiyi məlumata görə, qonaqları zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına gətiriblər. Onlardan 27 nəfəri hazırda xəstəxanadadır: “Bəzilərini vəziyyəti pisdir, heç bilmirik necə olacaqlar. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini burada idi. Bir nəfəri də mənə səhiyyə nazirinin müavini kimi təqdim etdilər. Ancaq heç oxşamırdı. Çünki bir həkim belə çıxıb ona salam vermirdi”.

İbrahim Əliyev deyir ki, toyda yemək yeməyə vaxtı olmadığından özü zəhərlənməyib. Hələlik qonaqların nədən zəhərləndikləri araşdırılır.

Ana səhifəXəbərlər“Zəngəzur” şadlıq sarayında kütləvi zəhərlənmə: 27 nəfər xəstəxanadadır