Zəlzələ zədəliləri (VİDEO)



“4 min manata ev tikə bilərikmi?”

2012-ci il, mayın 7-də Qax, Zaqatala, Balakən rayonlarında baş vermiş zəlzələ yüzlərlə ailəni evindən etdi. Təbii fəlakətdən əziyyət çəkənlər tez bir zamanda hökumətin onlara yardım edəcəyini gözləyirdilər. Çünki Ehtiyat Fondundan ümumilikdə 420 milyon manat vəsait ayrılıb ki, mütəxəssislərin fikrincə, bu pula rayonlardakı qəzalı evləri 3 dəfə söküb-tikmək olardı.

Balakənin Cederov Tala kənd sakini İkramat Lelimadova şikayətinə baxılmamasından və aldanmasından gileylənir: “Gəlib evə baxdılar. Bizə dedilər ki, sizə yardım olunacaq. Sonra 4 min manat təklif etdilər. Dedim ki, biz 4 min manata ev tikə bilərikmi? Almadım”.

Hələ də qəzalı vəziyyətdə olan evində yaşamağa məcbur olduğunu və evini bərpa etməyə maddi imkanı olmadığını deyirlər. Həyat yoldaşı rəhmətə gedəndən sonra vəziyyət daha da pisləşən ailə indi çıxılmaz vəziyyətdədir. İkramat Lelimadova dəfələrlə müxtəlif qurumlara şikayət məktubu ünvanladıqlarını bildirir: “Mehriban Əliyevaya, Kəmaləddin Heydərova məktub yazdıq. Cavab gəldi ki, maraqlanıb, gəlib baxacaqlar, probleminizi həll edəcəklər. Ümidlə gözləyirik. Hələ gələn olmayıb”.

Arada kiçik təkanlarla zəlzələnin olduğunu deyən kənd sakini evdə qorxu içində yatdıqlarını söyləyirlər. Üç il keçməsinə baxmayaraq, hələ də ümidlərini üzməyən ailə lazımi orqanlardan bu özbaşınalığa son qoyulmasını istəyir.

Ana səhifəVideoZəlzələ zədəliləri (VİDEO)