Zəlimxan Yaqub vəfat etdi

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib

Source:


Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə məlumatı anspress-ə ailəsi verib.

Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkib. Hər iki böyrəyi olmayan xalq şairi son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Ana səhifəXəbərlərZəlimxan Yaqub vəfat etdi