V.Zelenski andiçmə mərasimində

Mənbə: google.az

Başlıq: V.Zelenski andiçmə mərasimində

Zelenskiy parlamenti buraxmaq üçün deputatlarla görüşüb

Andiçmə mərasimindən bir gün sonra Ukrayna Prezidenti Volodymyr Zelenskiy millət vəkilləri ilə görüşüb. Onlarla parlamenti buraxmaqla bağlı planını müzakirə edib.

Xəbəri Azadlıq Radiosu verib.

Bildirilir ki, Zelenskiy mayın 21-də Kiyevdəki prezident binasında Verxovna Radanın sədri Andriy Parubiy və parlament fraksiyalarının liderləri ilə görüşüb.

Zelenskiy andiçmə mərasimindəki çıxışında bildirib ki, o, Ukraynanın təkməclisli parlamenti olan Radanı buraxmağı düşünür. Məsləhətləşmələr isə prosesin tərkib hissəsidir.

Onun danışıqlardan sonra parlamenti buraxmaq üçün fərman imzalaması gözlənir. Konstitusiyaya əsasən, yeni parlament seçkiləri fərmandan sonra iki ay müddətində keçirilməlidir.

Öncəsində heç bir siyasi təcrübəsi olmayan komediyaçı və aktyor Zelenskiy özündən əvvəl prezidentlik səlahiyyətlərini yerinə yetirən Petro Poroşenkonu 21 apreldə keçirilmiş prezident seçkilərində səs çoxluğuyla məğlub edib.

41 yaşlı Zelenskiy prezident seçkilərində heç bir siyasi partiyanın dəstəyi olmadan iştirak edib. Odur ki, parlamentdə rəsmi dəstəyə sahib deyil.

Növbəti parlament seçkiləri oktyabrın sonlarına təyin olunub. Zelenskiyə beş illik prezidentlik səlahiyyətlərinə başlarkən nəzərdə tutulan erkən parlament seçkiləri mövqeyini gücləndirmək və Poroşenkonun müttəfiqlərini kənarlaşdırmaq şansı verir.

Müxaliflər Zelenskinin andiçmə mərasiminin vaxtına görə onun konstitusiyaya uyğun olaraq parlamenti buraxmaq səlahiyyətinə sahib olub-olmadığını sorğulamışdılar. Ancaq mayın 20-də bu o, planını elan etdikdən sonra etiraz edənlərin sayı az olmuşdu.

Zelenskinin andiçmə mərasimindən saatlar sonra Baş nazir Volodymyr Hroysman deyib ki, o, 22 may tarixində istefaya gedəcək. Hroysman da erkən seçkiyə qatılacağını söyləyib.

“Mən prezidentə və parlamentə təklif etdim ki, biz birlikdə yeni acenda yaradaq və tez bir zamanda Ukraynanı gücləndirəcək qərarlar qəbul edə bilək”, - Hroysman deyib. “Prezident başqa yol seçib” - o əlavə edib.

Zelenskiy dərinləşən korrupsiya, iqtisadi çətinliklər, Donetsk və Luqansk kimi konfliktərlə üzə-üzə duran 44 milyonluq bir dövlətin idarəçiliyini ələ alıb.

Donbas kimi tanınan bölgədəki müharibə 2014-cü ildən etibarən 13,000 insanın həyatına son qoyub. Krımı Rusiyanın nəzarətinə verib. Rusiya elə həmin il Qara Dəniz yarımadasını işğal edərək onu ələ keçirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/11ixe0

Ən çox baxılan