Zelenskinin Britaniyada təlim keçən ukraynalı əsgərlərlə görüşəcəyi bildirilir

Foto: Teleqram

Ukrayna Prezidentinin Britaniya parlamentində çıxışı gözlənilir

Fevralın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib.

O, Britaniyaya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə gəlib.

V. Zelenskini Böyük Britaniyanın Baş naziri Rişi Sunak qarşılayıb.

Bildirilir ki, V. Zelenski R.Sunakla danışıqlar aparacaq və parlamentdə çıxış edəcək.

Onun həmçinin bu ölkədə təlim keçən ukraynalı əsgərlərlə görüşəcəyi bildirilir.

Ukrayna lideri Böyük Britaniyaya müharibədə göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Böyük Britaniya Ukraynaya yardıma ilk gələnlərdən biri oldu. Bu gün mən Britaniya xalqına göstərdiyi dəstəyə və Baş nazir Rişi Sunaka rəhbərlik mövqeyinə görə şəxsən təşəkkür etmək üçün Londondayam”, – deyə Zelenski yazıb.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaZelenskinin Britaniyada təlim keçən ukraynalı əsgərlərlə görüşəcəyi bildirilir