Nəsibə Abdullayeva

Mənbə: spitnik.az

Başlıq: Nəsibə Abdullayeva

Özbəkistanın Xalq artisti II Qarabağ müharibəsi haqqında mahnı oxuyacaq

Faiq Sücəddinov: "Mahnı Qarabağ kamançasından, tarından, mənzərəsindən bəhs edir"

Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva İkinci Qarabağ müharibəsi haqqında mahnı oxuyacaq.

Bu barədə məlumatı Meydan TV-yə Xalq artisti, bəstəkar Faiq Sücəddinov verib.

“Qarabağ” adlı mahnının sözləri Xanım İsmayılqızına, musiqisi Faiq Sücəddinova aiddir.

“Mahnı Qarabağ kamançasından, tarından, mənzərəsindən bəhs edir. Çox gözəl sözləri var”, - deyə Faiq Sücəddinov bildirib.

Nəsibə Abdullayeva tacik, özbək, fars, türkmən və Azərbaycan dillərində mahnılar ifa edib.

O, 1980-ci illərdə “Qaragöz” mahnısı ilə məşhurlaşıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dl9lx6

Ən çox baxılan