Zavodda qəza: Bir nəfər ölüb, digəri yaralanıb

Avtosəbət oxunun sınması nəticəsində işçilərin yerə düşdüyü bildirilir

Source:
SOCAR – Etilen-polietilen Zavodu
SOCAR – Etilen-polietilen Zavodu


Avtosəbət oxunun sınması nəticəsində işçilərin yerə düşdüyü bildirilir

Dekabrın 23-də saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Etilen-polietilen Zavodunda qəza baş verib.

SOCAR-ın

məlumatına

görə, anbar binasının təmiri ilə əlaqədar Azərikimya İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri quraşdırıcı çilingər Əlövsət Adil oğlu Məmmədov və elektrik qaz qaynaqçısı Toğrul Cavadxan oğlu Əzizli avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüb.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Buna baxmayaraq, Əlövsət Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Toğrul Əzizlinin isə həyati təhlükəsi olmadığı deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərZavodda qəza: Bir nəfər ölüb, digəri yaralanıb