Zaur Şiriyev: Rusiya sülhməramlılarının beynəlxalq mandatı yoxdur

“Artıq bir neçə gündür Ermənistanda bəyanata imza atan Baş nazir xalqla birbaşa ünsiyyətdən yayınır, orda çox pis durum yaşanır və necə olacağını da proqnozlaşdırmaq da çətindir”

Source: Reuters


Rasim Ağayev: "Ermənistanda çox pis durum yaşanır və necə olacağını da proqnozlaşdırmaq da çətindir"

Noyabrın 10-dan 11-nə keçən gecə Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı bəyanat ATƏT-nin Minsk Qrupunun taleyinin necə olacağını da gündəmə gətirib.

Türkiyənin fəallığı isə həmsədrlik institutunun gələcək fəaliyyəti barədə sualların sayını artırır.

Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyəti barədə danışmağa çətinlik çəkir.

Zaur Şiriyevin sözlərinə görə, hazırda ATƏT-nin Minsk Qrupunun prosesdən uzaqlaşdırıldığı görünür və prosesin necə davam edəcəyi barədə danışmaq çətindir.

maxresdefault.jpg
Zaur Şiriyev

Zaur Şiriyev Meydan TV-yə deyib ki, hazırkı şəraitdə bölgəyə gələn Rusiya sülhməramlılarının beynəlxalq mandatı yoxdur: “Hər hansı sülhməramlı qüvvələrin regionda yerləşməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi lazımdır. Hazırda ən böyük problem rus qoşunlarının ərazidə olması deyil, ən böyük problem sülməramlıların mandatının mövcud olmamasıdır. Məlum bəyanatda 5 il göstərilir, ancaq 5 ilin transformasiyası müəyyən olunmayıb. Normalda sülhməramlı qüvvələrin missiyası olur, ancaq rus sülhməramlılarının belə bir missiyası yoxdur. Məni ən çox narahat edən bu məqamdır”.

Siyasi icmalçı Rasim Ağayev hesab edir ki, ATƏT-in Minski Qrupu əvvəlki formatında qalacaq və cari işlərlə məşğul olacaq.

Rasim Ağayev həmsədr institutunun da dəyişməz qalacağını düşünür: “Məsələ ondadır ki, noyabrın 10-dan 11-ə keçən gecə imzalanan sazişdə hər üç ölkənin birinci şəxslərinin siyasi iradəsi rol oynadı. Onlar siyasi iradə nümayiş etdirib belə bir bəyanat imzaladılar. Amma imza atmaqla məsələ həll olunmur, imzanın icrası vacibdir. Necə icra olunacaq, hər dövlət başçısı bəyanatın məğzini xalqına izah etməlidir. Heç olmasa lazım olan məqamlarını izah etməyə borcludur".

Rasim Ağayev
Rasim Ağayev

"Artıq bir neçə gündür Ermənistanda bəyanata imza atan Baş nazir xalqla birbaşa ünsiyyətdən yayınır, orda çox pis durum yaşanır və necə olacağını da proqnozlaşdırmaq da çətindir. Azərbaycanda Ermənistandan fərqli olaraq ölkə başçısı həmin gecə xalqa müraciət edib danışıqların, yaxud razılaşmanın bəzi detalların açıqladı”, – o bildirib.

Ana səhifəSiyasətZaur Şiriyev: Rusiya sülhməramlılarının beynəlxalq mandatı yoxdur