Zaur Əliyev: 2020-ci ilin sonunadək ölkəboyu icbari tibbi sığorta tətbiq ediləcək

Prosesin 2020-ci ildə ölkə üzrə 4 mərhələli olacağı nəzərdə tutulur

Source: Google


Prosesin 2020-ci ildə ölkə üzrə 4 mərhələli olacağı nəzərdə tutulur

"Prosesin mürəkkəbliyini nəzərə alaraq, agentlik İcbari Tibbi Sığortaya keçidin mərhələli şəkildə tədbiqi ilə bağlı hökumət qarşısında məsələ qaldırıb".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev parlamentdə “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, təklifə əsasən, 2020-ci ildə ölkə üzrə proses 4 mərhələli olacaq: "I rübdə şimal hissəsi üzrə 20 rayon, II rübdə qərb bölgəsi üzrə 17 rayon, III rübdə cənub bölgəsində 14 rayon, IV rübdə isə Bakı, Sumqayıt və Abşeron rayonunda icbari tibbi sığortadan yararlanacaq".

İcbari Tibbi Sığortaya tam keçid 2020-ci ilin sonuna kimi yekunlaşacaq və ölkə üzrə tətbiq ediləcək.

Z.Iliyev əlavə edib ki, istər tibb müəssisələrinin heyəti, istərsə də əhali prosesin həyata keçirilməsi üçün görülən hazırlıq işlərini yüksək səviyyədə dərk edə bilmirdilər:

"Bu da başadüşüləndir. Çünki əhali tam şəkildə bu xidmətdən istifadəyə etməyib”.

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Qanuna əsasən, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Vətəndaşların sığorta fonduna müəyyən sığorta haqqı köçürməklə sığorta olunacaqlar. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar əməkhaqqının 2 faizini, qeyri-dövlət və neft sektorunda çalışanlar 1 il ərzində 1 faiz, 2-ci il isə 2 faiz sığorta haqqı ödəyəcəklər. Aztəminatlı ailələr, təqaüdçülər, uşaqlar, hamilə qadınlar və işsizlər üçün sığorta haqqı dövlət büdcəsindən ödəniləcək.

İcbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında bir neçə ildir tətbiq edilir. Bu vaxtadək pilot layihə üçün dövlət büdcəsindən vəsait ayrıllıb və vətəndaşlardan sığprta haqqı toplanmayıb.

Ana səhifəXəbərlərZaur Əliyev: 2020-ci ilin sonunadək ölkəboyu icbari tibbi sığorta tətbiq ediləcək