Jurnalist hansı səbəbdən axtarıldığını bilmir
13:13 –
Jurnalist Əfqan Muxtarlı Meydan TV -yə bildirib ki, polis ona zəng edərək 29 dekabr saat 10:00-da Ağır Cinayətlərə Dair işlər üzrə İstintaq İdarəsinə çağırıb. Jurnalist bildirib ki, onu Azadlıq Radiosu ilə bağlı dindirməyə çağrırlar.
Zaqatala rayon polisi jurnalist Əfqan Muxtarlını axtarır. Bu barədə jurnalist Facebook səhifəsində yazıb. O, bildirib ki, valideynlərinə telefon nömrəsini polis əməkdaşlarına verməyi məsləhət görüb. Ancaq hələ ona zəng olmayıb.
Jurnalist hansı səbəbdən axtarıldığını bilmir.
Əfqan Muxtarlı Zaqatala rayonununda qeydiyyatdadır.