”Zamirə Hacıyevadan dəyəri 1 milyon funt sterlinqdən baha olan brilliant üzük müsadirə edilib”

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci ilə yekun vurub

Source:
Zamirə Hacıyeva və Cahangir Hacıyev
Zamirə Hacıyeva və Cahangir Hacıyev
Zamirə Hacıyeva və Cahangir Hacıyev
Zamirə Hacıyeva və Cahangir Hacıyev


Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci ilə yekun vurub

2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Ədliyyə Nazirliyindən 13, Dövlət Təhlükəsizliyi Xidmətindən 12, Daxili İşlər Nazirliyi 4, Səhiyyə Nazirliyindən 4, Təhsil Nazirliyindən 5, Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material Baş İdarəyə daxil olmaqla araşdırma aparılıb, nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.

Bu barədə idarənin rəisi Kamran Əliyev yanvarın 15-də keçirilən mətbuat konfransında açıqlama verib.

Kamran Əliyev deyib ki, ötən il 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib:

Kamran Əliyev
Kamran Əliyev

“Həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53.3 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34.2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73 faizinin ödənilməsi təmin edilib. Bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2.6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib”.

Kamran Əliyevin sözlərinə görə, 2018-ci ildə hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib.

İdarə rəisi Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyeva barədə açıqlama verib.

O Böyük Britaniyanın “The Telegraph” nəşrinə istinadən deyib ki, İngiltərənin səlahiyyətli orqanları Zamirə Hacıyevadan dəyəri 1 milyon funt sterlinqdən baha olan brilliant üzük müsadirə edib.

Cahangir Hacıyev

8,9 karatlıq “Cartier” (Kartye) üzüyü 8 il əvvəl Londonun məşhur “Harrods” univermağından alıb. Zinət əşyası zərgərlər tərəfindən restavrasiya olunan zaman Böyük Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən müsadirə edilib.

Ana səhifəXəbərlər”Zamirə Hacıyevadan dəyəri 1 milyon funt sterlinqdən baha olan brilliant üzük müsadirə edilib”