Zamin Hacı ”Facebook” statusuna görə polisə çağrılıb

Köşə yazarına polisin fəaliyyətinə kölgə salan statuslar yazdığına görə iradlar bildirilib

Source:


Köşə yazarına polisin fəaliyyətinə kölgə salan statuslar yazdığına görə iradlar bildirilib

Noyabrın 28-də “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Yazar, onu müşayiət edən vəkil Elçin Sadıqov və “Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseynlə birlikdə BŞBPİ-yə gedib.

Təxminən 70 dəqiqə çəkən söhbətdən sonra Zamin Hacı Bakı polisinin mərkəzi binasından ayrılıb.

Zamin Hacı musavat.com-a deyib ki, onu keçən dəfə olduğu kimi, BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov qəbul edib. Ondan başqa, söhbətdə DİN rəhbərliyinin təmsilçisi də iştirak edib. Köşə yazarına polisin fəaliyyətinə kölgə salan statuslar yazdığına görə iradlar bildirilib.

Zamin Hacı deyib ki, yazıçı Rafiq Tağının ildönümü günündə “Facebook”dakı səhifəsində üstü açılmayan qətllərlə bağlı status yazıbmış. Orada son illərdə törədilmiş siyasi və başqa xarakterli qətllərlə bağlı istintaq orqanlarını qınayan fikirlər yer alıb.

Z. Hacı deyib ki, polis zabitləri ilə mədəni polemika aparıb, onların arqumentlərini dinləyib, özünün fikirlərini müdafiə edib.

Bir neçə ay öncə də Zamin Hacı BŞBPİ-yə çağrılmış, “Facebook” statusu ilə bağlı xəbərdarlıq almışdı.

Ana səhifəXəbərlərZamin Hacı ”Facebook” statusuna görə polisə çağrılıb