”Zalımızı söküb, yerində asfalt çəkdilər”

Nazirlik: ”Bu il basketbola 300 min manat xərclənib”

Source:


Nazirlik: ”Bu il basketbola 300 min manat xərclənib”

Azərbaycanın basketbol millisinin məşq keçə bilməsi üçün çərait yoxdur, idmançılar maaş ala bilmirlər. Bu barədə “Unikal.org”məlumat yayıb.

Bildirilir ki, Keçmiş Dövlət Əmlak Komitəsinin sədri olmuş Nadir Nəsibovun rəhbərlik  etdiyi Basketbol Federasiyasıyası (ABF) fəaliyyətini dayandıra bilər.

ABF-nin vitse-prezidenti Azər Qədirov sayta problemləri təsdiqləyib:

“Federasiya nazirlik deyil, fabrik və ya zavod deyil. Nə maaş? Bizim nə pulumuz var, nə də sponsorlarımız. Zallarımızın hamısını söküblər. Birini söküb, yerində asfalt çəkdilər. Son iki zalımız vardı, onu da əlimizdən aldılar. Tofiq Bəhramovdakı zalımızı da bizdən aldılar. Məşq keçməyə zallarımız yoxdur. Zallar məktəblər daxilində var. Orada da basketbol oynamaq əlverişli deyil. Avropa Oyunlarınında basketbol yarışlarını Sərhədçi İdman Olimpiya Mərkəzində keçirdik. Ora da bizim deyil. “Gənclik”də Olimpiya Zalını bizə vermişdilər, onu da aldılar”.

Federasiyanın vitse-prezidenti zalların nazirlik tərəfindən əllərindən alındığını deyib:

“Təbii ki, hamı Gənclər Və İdman Nazirliyinə baxır. Onlar edir. Federasiyanın nəyi var? Biz 5-6 nəfər güclə burada işləyirik. Pulları Nadir müəllim verir, gücü çatan qədər…

Nə milli komandamız var, nə də zalımız. Kişilərdən ibarət yığma komandanı bağlamışıq. Son vaxtlar “3×3”-ə oynaya bilirdilər. İslam Oyunlarında legionerlərin də köməkliyi ilə 1-ci yer tuta bildik. İndi nə məşq edə bilirik, nə də respublika çempionatı keçirə bilirik.

Qaçırıq Gənclər və İdman Nazirliyinə ki, zal tapın, biz yerli çempionat keçirək. Bizə verməyə pulları, zalları yoxdur. Özümüzün də imkanımız yoxdur ki, zal tikək. Nazirliyə müraciət edəndə bizə deyirlər: “Danışmayın, pulumuz yoxdur”.

Kimə deyək? Kimdir bizə baxan? Nazirlik bizə bir qəpik də pul ayırmır. Nə mənim, nə də rəhbərimiz Nadir Nəsibovun zal tikməyə gücü çatmır. İslamiada ərəfəsi Nadir müəllim öz cibindən legionerlərin gəlməsi üçün, məşq etmələri üçün pul ayırdı”.

Qurum rəsmisi zalların hansı səbəblə əllərindən alındığını bilmir:

“Bunu aidiyyatı qurumdan soruşmaq lazımdır. Elə nazirliyin özündən… Soruşun niyə yığma komanda yoxdur? Bakı birinciliyi niyə keçirilmir? Nazirlik bütün idman növlərinə baxmalıdır”.

Məsələyə münasibət bildirən Gənclər və İdman Nazirliyinin mətbuat xidməti 2017-ci ildə basketbol üzrə görülən işlərin siyahısını Meydan TV-yə təqdim edib:


“-2 Azərbaycan cempionatının zona və final oyunları, Azərbaycan birinciliyinin zona və final oyunları keçirilib.


– 3 yaş qrupu üzrə (16-18-20 yaş) Avropa birinciliyinə  komandalar tam heyətlə  ezam olunub.


– 18 yaşlı oölanlar 2 dəfə Gürcüstanın açıq çempionatına ezam olunub.


– Kişilərdən ibarət yığma komanda Bişkekə 2 dəfə beynəlxalq turnirə ezam olunub.


– 20 yaşlı oğlanlar Gürcüstanın Tbilsii şəhərinə təlim-məşq, və yoldaşlıq görüşünə ezam olunub.


-3×3 basketbol Daşkəndə ezam olunub.


-Yeniyetmələrin 1-ci respublika oyunları çərçivəsində oğlanların Şəmkir, Qax və Oğuzda zona və final yarışları keçirilib.

Ümumilikdə 2017-ci ildə basketbola 300 min manata yaxın vəsait xərclənib. Azərbaycan çempionatlarında icarə haqları və mükafatlar nazirlik tərəfindən ödənilib”.

Ana səhifəXəbərlər”Zalımızı söküb, yerində asfalt çəkdilər”