Zakir Həsənov: Torpaqları qısa müddətdə işğaldan azad etməliyik

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini Qurban bayramı münasibəti ilə təbrik edib

Foto: arxiv
Zakir Həsənov
Zakir Həsənov


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini Qurban bayramı münasibəti ilə təbrik edib

Bu barədə Müdafiə Nazirliyinin saytında yazılıb.

Z. Həsənov təbrikində aprel döyüşlərinə də toxunub. Bildirib ki, bu döyüşlər Silahlı Qüvvələrin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi idi:

“Torpaqlarımızın bir qismi işğaldan azad edilib. Ali Baş Komandan “biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın” fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik”, – deyə Zakir Həsənov bildirib.

Ana səhifəXəbərlərZakir Həsənov: Torpaqları qısa müddətdə işğaldan azad etməliyik