Zakir Həsənov

Mənbə: google.az

Başlıq: Zakir Həsənov

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

İlqar Vəlizadə: ''Hərbi əməliyyatlar başlasa, Bakıya təzyiqlər artacaq''

“Azərbaycan xalqı ordumuzun qələbəsini gözləyir, lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar”.

APA” agentliyinin xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir bildirib ki, beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir.

Meydan TV-ə Zakir Həsənovun sözlərini şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, nazirin nələri nəzərdə tutduğunu söyləmək çətindir.

Tofiq Zülfüqarov bildirib ki, beynəlxalq vəziyyət düzgün qiymətləndirilməlidir:

“Həmişə olduğu kimi hamı sülhdən danışır, amma lazım olanda gücü də istifadə edir. Fövqəl dövlətlər də belə edirlər, bizə də bu aiddir. Azərbaycanın məcbur edildiyi konfliktdə hamı sülhə çağırır, ancaq bəzi məqamlarda dövlət olaraq baş verən təxribatların yeganə cavabı güc olmalıdır. Əgər belə olmasaydı, heç bir ölkə ordu saxlamazdı”.

Siyasi icmalçı İlqar Vəlizadənin sözlərinə görə, nazir Zakir Həsənov mövcud regional beynəlxalq güclərin vəziyyətini nəzərdə tutaraq bu ifadəni işlədib:

“Əsas regional iştirakçıların başları öz problemlərinə qarışıb. Nələrsə baş versə, ciddi hərbi-siyasi çağırışlarla üz-üzə dayanırlar. Rusiya, İran və Türkiyə qonşu ölkələrdir və heç biri bölgədə yeni münaqişənin yaranmasında maraqlı deyil. Eyni zamanda, ABŞ və Avropa Birliyi də bölgədə hərbi münqaişənin yenidən başlanmasını istəmirlər”.

İ.Vəlizadənin sözlərinə görə, hərbi əməliyyatlar başlasa, adları çəkilən güclər Bakıya təzyiqlərini artıracaqlar ki, məsələ tezliklə çözülsün.

“Belə vəziyyətdə Azərbaycana əlavə təzyiqlər lazım deyil. Həm də əlavə təzyiqlər müsbət nəticələrə imkan vermir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vfbvh0

Ən çox baxılan