Zahid Oruca şifahi töhmət elan olunub

Oqtay Əsədov Zahid Orucu iclası pozmaqda, nizam-intizama əməl etməməkdə ittiham edib

Source:


Oqtay Əsədov Zahid Orucu iclası pozmaqda, nizam-intizama əməl etməməkdə ittiham edib

İyunun 28-də Milli Məclisin İntizam komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın sədri Ağacan Abiyev APA-ya bildirib ki, iclasda spiker Oqtay Əsədovun müraciəti əsasında MM-in son iclasında deputat Zahid Orucla onun arasında baş verən mübahisə müzakirə olunub. İclasda Z. Oruca irad bildirilib və şifahi töhmət elan edilib.

İyunun 24-də MM-in növbədənkənar sessiya çərçivəsindəki son iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb. Oqtay Əsədov Zahid Orucu iclası pozmaqda, nizam-intizama əməl etməməkdə ittiham edib.

Ana səhifəXəbərlərZahid Oruca şifahi töhmət elan olunub