Mənbə: Meydan TV

"Yuxuda görmüşdüm, Kəlbəcər azad olunub..."

"Yuxuda görmüşdüm, Kəlbəcər azad olunub..."

“Bir dəfə yuxumda görmüşdüm, bir 10 il bundan qabaq... Ki, dağımız, yaylaqlarımız var. Gedib o yaylaqda əlimi yerə qoyuram, üzü qibləyə namaz qılıram. Deyirəm, “Allah, sənə şükür torpaqlarımız alındı”, - 80 yaşlı kəlbəcərli Şirmayı Rüstəmovanın yuxuları çin çıxıb. Azərbaycan ordusunun bölmələri noyabrın 25-nə keçən gecə Kəlbəcər rayonuna daxil olub.

“Kəlbəcərdən ötrü susayan varsa, onun birincisi mənəm. Kəlbəcərdən ötrü nəfəsi kəsilən varsa, onun brincisi mənəm”.

Kəlbəcər sahəsinə görə Azərbaycanda ən böyük rayondur. Rayon 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Şirmayı Rüstəmova köçkünlük illərində 20 nəfərədək doğmasını itirib. İndi həm öz arzularını, həm də ölən bacı-qardaşlarının Kəlbəcərlə bağlı vəsiyyətlərini daşıyır:

“Mənim arzum bircə bu idi ki, Kəlbəcər alınsın, bir ovuc torpaq yeyim, bir ovuc su içim. Ondan sonra da ölüm, heç mənim meyidimi basdırmasınlar, Kəlbəcərin qarğa-quşu aparsın. İkinci arzum isə budur ki, həmin bulaqda bir bidon su, baba yurdundan bir ovuc torpaq gətirim, Yevlax rayonunda qardaşımın qəbri üstünə səpdirim”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/29te3c

Ən çox baxılan