Yürüş edən müxalifətçilər arasında saxlanılanlar var (Yenilənib)

Onları Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinin əməkdaşları saxlayıb.

Source: Foto: Fatima Mövlamlı

Müsavat Partiyasının Gənclər Təşkilatının sədrinə 30 sutka inzibati həbs cəzası verilib.

***


Müsavat Partiyasının Gənclər Təkilatının sədri Elman Quliyev Nəsimi Rayon Məhkəməsinə aparılıb

İyulun 29-da müsavatçı Azad Həsənovun məhkəməsindən sonra bir qrup siyasi fəal aksiya keçirməyə cəhd ediblər. Əsasən Müsavat və Xalq Cəbhəsi partiyalarının üzvləri Ağır Cinayətlər Məhkəməsindən “Qış parkı”na yürüş ediblər. Onları Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinin əməkdaşları saxlayıb.

Bu barədə Meydan TV-yə Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov məlumat verib.

Fərəc Kərimov 15 nəfərə yaxın aksiya iştirakçısının saxlanıldığını deyib:

“Tahir Axundov, Əlikram Xurşudov, Nurlan Libre, Fatimə Mövlamlı, Tofiq Məmmədov və başqaları sərbəst buraxılsa da, Müsavat Partiyasının Gənclər Təkilatının sədri Elman Quliyev Nəsimi Rayon Məhkəməsinə aparılıb. Onun barəsində hələ məlumat yoxdur”.

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

O, Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq oktyabrın 12-də bəyanat yayıb. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Ana səhifəXəbərlərYürüş edən müxalifətçilər arasında saxlanılanlar var (Yenilənib)