Yunuslarla bağlı apellyasiya şikayəti verilib

”Onların müalicə almaq üçün ölkədən buraxılmaması Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə ziddir”

Source:
Arif və Leyla Yunus


”Onların müalicə almaq üçün ölkədən buraxılmaması Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə ziddir”

Yasamal Rayon Məhkəməsinin Leyla Yunus və Arif Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməməsi haqda qərarından apellyasiya şikayəti verilib.

Bu barədə vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib.

Belə ki, Yasamal Rayon Məhkəməsi 11 fevral 2016-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Azər Tağıyev) Leyla Yunus və Arif Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi barədə ərizələri təmin edilməyib: “Həmin qərarı qanunsuz hesab etdiyimiz üçün apellyasiya şikayəti verdik. Hal-hazırda Leyla Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac vardır. Arif Yunus şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyyəsində naməlum ağrılarlardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir. Hazırda onların müalicə almaq üçün ölkədən buraxılmaması Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə ziddir”.

Ana səhifəXəbərlərYunuslarla bağlı apellyasiya şikayəti verilib