Yunusların məhkəməsinə müstəqil mətbuat buraxılmır (yenilənir)

Bir sıra diplomatlar və APA, virtualaz.org, telegraf.az kimi media qurumları prosesə buraxılandan sonra qalan jurnalistlərə deyiblər ki, zalda yer yoxdur

Source:


11.27. Meydan TV-nin əməkdaşı məlumat verir ki, Arif Yunusun durumu yenidən pisləşib. Eyni zamanda, Leyla Yunus dərmana ehtiyacı olduğunu söyləyib. Hazırda prosesdə sənədlərin araşdırılması gedir.


12.26. Leyla Yunusun vəkili Ramiz Məmmədov jurnalistlərə bildirib ki, bugünkü prosesdə Arif Yunusun vəkili Əfqan Məmmədov məhkəmə tərkibinə etiraz edib: “Bundan sonra mən Marşal Fondundan və NED təşkilatlardan sənədlər əsasında vəsatət təqdim etdim ki, qrant bu qurumlara məxsusdur və təyinatı üzrə xərclənib. Konkret olaraq, bu təşkilatların sifarişi ilə Arif Yunus islam amili ilə bağlı kitablar yazıb. Ona görə cinayət işinə xitam verilməlidir”.


Vəkil təəssüflənib ki, indiyə qədər  təqdim etdikləri vəsatətlər rədd olunub: “Əgər məhkəmə işi qanunla keçirilsə, heç bir şahid də lazım olmaz. Ancaq qanunun tələblərinə məhəl qoyulmur”.


Bir sıra diplomatlar və APA, virtualaz.org, telegraf.az kimi media qurumları prosesə buraxılandan sonra qalan jurnalistlərə deyiblər ki, zalda yer yoxdur

Avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10-da hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun növbəti məhkəmə prosesi davam etdirilib.

Dünən olduğu kimi bugün də proses yarımqapalı keçirilib.

Bu barədə məhkəmə binası qarşısında olan Meydan TV-nin əməkdaşı xəbər verir ki, proses başlamazdan öncə, məhkəməyə gələn ictimayyət nümayəndələri və  jurnalistlərin bir hissəsi məhkəmənin gözləmə zalına buraxılsa da, qalanı çöldə qalıb. Məhkəmə başlayanda isə içəri gözləmə zaılında olanlar da buraxılmayıb. Bir sıra diplomatlar və APA, virtualaz.org, telegraf.az media qurumları prosesə buraxılandan sonra jurnalistlərə deyiblər ki, zalda yer yoxdur.

Ana səhifəXəbərlərYunusların məhkəməsinə müstəqil mətbuat buraxılmır (yenilənir)